NATO Avropada nüvə raketləri yerləşdirməkdən imtina edə bilər

2021/06/75623-1623655734.jpg
Oxunub: 473     15:27     14 İyun 2021    
Brüsseldəki zirvədən sonra NATO ölkələri nüvə raketlərini Avropada yerləşdirməkdən imtina edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Defence News” nəşri Avropa İttifaqı və ABŞ Senatındakı mənbələrə istinadən yazıb.

Nəşr yazır ki, qeyd olunan təkliflə bağlı qanun layihəsi hazırlanır. NATO bu addımı Rusiya ilə gərginliyi azaltmaq üçün bir vasitə olaraq görür.

“Defence News” yazır ki, bu, Cenevrədə Rusiya və ABŞ liderlərinin zirvəsi öncəsi “silahlara nəzarət dialoqunda ilk addım” ola bilər.

2020-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avropa hissəsində quruda yerləşdirilmiş orta və daha qısa mənzilli raketlərin çıxarılmasına hazır olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Avropa  


NATO Avropada nüvə raketləri yerləşdirməkdən imtina edə bilər

2021/06/75623-1623655734.jpg
Oxunub: 474     15:27     14 İyun 2021    
Brüsseldəki zirvədən sonra NATO ölkələri nüvə raketlərini Avropada yerləşdirməkdən imtina edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Defence News” nəşri Avropa İttifaqı və ABŞ Senatındakı mənbələrə istinadən yazıb.

Nəşr yazır ki, qeyd olunan təkliflə bağlı qanun layihəsi hazırlanır. NATO bu addımı Rusiya ilə gərginliyi azaltmaq üçün bir vasitə olaraq görür.

“Defence News” yazır ki, bu, Cenevrədə Rusiya və ABŞ liderlərinin zirvəsi öncəsi “silahlara nəzarət dialoqunda ilk addım” ola bilər.

2020-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avropa hissəsində quruda yerləşdirilmiş orta və daha qısa mənzilli raketlərin çıxarılmasına hazır olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Avropa  


Bizi "telegram"da izləyin