İsrail HDQ-yə Almaniya istehsalı daha bir hərbi gəmi təhvil verilib

2021/06/INS-O-1623655672.jpg
Oxunub: 637     17:32     14 İyun 2021    
İsrail Hərbi Dəniz Qüvvələrinə Almaniyada inşa edilən ikinci “Sa'ar 6” sinfinə məxsus korvet təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə “Jerusalem Post” nəşri yazıb.

Gəminin Hayfa limanında İsrailə təhvil verildiyi bildirilir.

Almaniyanın Kiel şəhərində “Thyssenkrupp Marine Systems” şirkəti tərəfindən inşa edilmiş “INS Oz” hərbi gəmisi “Sa'ar 6” sinfinə məxsus ikinci korvetdir. Gəminin iki il ərzində istismara verilməsi planlaşdırılır. İlin sonunadək İsrail donanmasına qeyd olunan sinfə məxsus daha iki gəmi veriləcək.

90 metr uzunluğunda olan 2000 tonluq korvetlərin maksimum məsafəsi 2500 dəniz milidir. Gəmi hava təhdidlərini aşkar edə biləcək təxminən 300 statik radar massivi ilə əhatə olunacaq. Gələn raketlər ya “Dəmir Günbəz” Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, ya da “Barak-8” Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə zərərsizləşdirilə biləcək.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Almaniya  


İsrail HDQ-yə Almaniya istehsalı daha bir hərbi gəmi təhvil verilib

2021/06/INS-O-1623655672.jpg
Oxunub: 638     17:32     14 İyun 2021    
İsrail Hərbi Dəniz Qüvvələrinə Almaniyada inşa edilən ikinci “Sa'ar 6” sinfinə məxsus korvet təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə “Jerusalem Post” nəşri yazıb.

Gəminin Hayfa limanında İsrailə təhvil verildiyi bildirilir.

Almaniyanın Kiel şəhərində “Thyssenkrupp Marine Systems” şirkəti tərəfindən inşa edilmiş “INS Oz” hərbi gəmisi “Sa'ar 6” sinfinə məxsus ikinci korvetdir. Gəminin iki il ərzində istismara verilməsi planlaşdırılır. İlin sonunadək İsrail donanmasına qeyd olunan sinfə məxsus daha iki gəmi veriləcək.

90 metr uzunluğunda olan 2000 tonluq korvetlərin maksimum məsafəsi 2500 dəniz milidir. Gəmi hava təhdidlərini aşkar edə biləcək təxminən 300 statik radar massivi ilə əhatə olunacaq. Gələn raketlər ya “Dəmir Günbəz” Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, ya da “Barak-8” Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə zərərsizləşdirilə biləcək.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Almaniya  


Bizi "telegram"da izləyin