“Mən hətta söyüş söyüb-söymədiyimi xatırlamıram: bəs nə edəydim?” - Sarkisyan mötərizələri açır (ƏTRAFLI)

2021/06/56756-1623653248.jpg
Oxunub: 1006     11:15     14 İyun 2021    
“Bunlar hakimiyyətdə olduqları müddətcə, bu vəziyyət davam edəcək, başqa vəziyyət ola bilməz”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Geğarkunik vilayətində seçicilərlə görüş zamanı Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

“Mən Sünikdə, Teğ icmasında olmuşam, genişləndirilmiş, sərhəd icmasıdır, təkcə bu icmadan 350 hektar azərbaycanlıların nəzarəti altındadır. Səkkiz ay keçib, Ermənistanın sərhədləri haradasa müdafiə olunmuş olmalıdır, yoxsa yox?”, - deyə Sarkisyan bildirib.

O qeyd edib ki, on illər rəzində “Qarabağı verək və rahat yaşayaq” deyirdilər.

“Mən müharibə tərəfdarı deyiləm, lakin dilənçiyə kim hörmət edir?”, - deyə Sarkisyan vurğulayıb.

Sarkisyan qeyd edib ki, onun hakimiyyəti dövründə ümumiyyətlə anklavlar haqqında hər hansı söhbət olmayıb.

“İndi anklavlar haqqında danışıqlar ola bilməz. Bu adam məğlub olmuş adamdır, bu adam kapitulyasiyaya məruz qalmış adamdır, bu adamın vicdanında ən azı 5000 qurban var, onlar arasında sənin də uşağın var, qoy bunların cavabını versin, sonra hansısa danışıqlar aparmağa başlasın”, - deyə Sarkisyan bildirib.

O deyib ki, müharibədən sonra Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Onik Qasparyan ona zəng edib: “Bəli, müharibədən sonra Onik Qasparyanın məni çağırması faktını təsdiqləyə bilərəm. Hamımız başa düşürük ki, söhbət kapitulyantın Baş Qərargah rəisi təyin etdiyi Onik Qasparyandan gedir. Kapitulyant ona əvvəlcə general-leytenant, sonra general-polkovnik rütbəsi verib. Əlbəttə, o zaman sərt, kobud sözlər olub. Mən hətta söyüş söyüb-söymədiyimi xatırlamıram: bəs nə edəydim?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Mən hətta söyüş söyüb-söymədiyimi xatırlamıram: bəs nə edəydim?” - Sarkisyan mötərizələri açır (ƏTRAFLI)

2021/06/56756-1623653248.jpg
Oxunub: 1007     11:15     14 İyun 2021    

Bizi "telegram"da izləyin