Gürcüstan XİN rəhbəri: "Azərbaycanla Ermənistan arasında sülhməramlı funksiyasını yerinə yetirdik"

2021/06/23-1623519943.jpg
Oxunub: 619     21:20     12 İyun 2021    
“Gürcüstan Azərbaycan və Ermənistan arasında özünün sülhməramlı funksiyasını və rolunu yerinə yetirib”.

Ordu.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, Xarici İşlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın cavab addımları böyük nailiyyət və ciddi işin nəticəsidir.

XİN başçısı bu gün baş tutmuş prosesin irəliləyiş olduğunu bildirib: “Bu proses bu gün və ya ötən günün işi deyil. Son iki-üç ayda biz əsas strateji tərəfdaşımızla fəal iş apardıq və nəticə əldə olundu. Şadam ki, bu gün belə nəticəmiz var və mən ilk növbədə, qonşularımız - strateji tərəfdaşımız Azərbaycana və tərəfdaşımız Ermənistana xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.

D.Zalkaliani qeyd edib ki, bölgədə dayanıqlı sülh və sabitlik bərqərar olmalıdır: “Çünki yalnız bu halda regionun inkişaf perspektivi var. Hesab edirəm ki, bugünkü addım irəliyə atılmış ən mühüm addımlardan biridir və gələcəkdə nəticələrini biz mütləq görəcəyik. Biz buna hazırıq və bu prosesi əsas strateji tərəfdaşımızla mütləq inkişaf etdirəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Gürcüstan XİN rəhbəri: "Azərbaycanla Ermənistan arasında sülhməramlı funksiyasını yerinə yetirdik"

2021/06/23-1623519943.jpg
Oxunub: 620     21:20     12 İyun 2021    
“Gürcüstan Azərbaycan və Ermənistan arasında özünün sülhməramlı funksiyasını və rolunu yerinə yetirib”.

Ordu.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, Xarici İşlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın cavab addımları böyük nailiyyət və ciddi işin nəticəsidir.

XİN başçısı bu gün baş tutmuş prosesin irəliləyiş olduğunu bildirib: “Bu proses bu gün və ya ötən günün işi deyil. Son iki-üç ayda biz əsas strateji tərəfdaşımızla fəal iş apardıq və nəticə əldə olundu. Şadam ki, bu gün belə nəticəmiz var və mən ilk növbədə, qonşularımız - strateji tərəfdaşımız Azərbaycana və tərəfdaşımız Ermənistana xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.

D.Zalkaliani qeyd edib ki, bölgədə dayanıqlı sülh və sabitlik bərqərar olmalıdır: “Çünki yalnız bu halda regionun inkişaf perspektivi var. Hesab edirəm ki, bugünkü addım irəliyə atılmış ən mühüm addımlardan biridir və gələcəkdə nəticələrini biz mütləq görəcəyik. Biz buna hazırıq və bu prosesi əsas strateji tərəfdaşımızla mütləq inkişaf etdirəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin