Gürcüstanın Baş naziri Azərbaycanın 15 ermənini qarşı tərəfə qaytarmasını təqdir edib

2021/06/34-1623516493.jpg
Oxunub: 512     20:15     12 İyun 2021    
"Şadam ki, mənim aktiv dəstəyim və bizim strateji tərəfdaşımız ABŞ-ın dövlət katibinin köməkçisi Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi saxlanılmış 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və onlar Gürcüstan ərazisi ilə ailələrinin yanına qayıdıblar".

Ordu.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Facebook" hesabında etdiyi paylaşımında qeyd edib.

Baş nazir bildirib ki, Gürcüstan tərəfinin aktiv iştirakı ilə Ermənistan tərəfi minalanmış ərazilərlə bağlı vacib materialları Azərbaycana təqdim edib.

İ.Qaribaşvili məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla şəxsən daimi əlaqədə olduğunu vurğulayıb.

"Qeyd edilməlidir ki, strateji tərəfdaşımız olan ABŞ-ın və bizim proseslərdəki nəzərəçarpan iştirakımızla Cənubi Qafqaz regionunun təhlükəsizliyinin inkişafı üçün xüsusi addım atılıb. Qonşu ölkələrin regionda gərginliyi azaldacaq, uzun müddətdə əməkdaşlıq mühiti yaradacaq bu qərarını alqışlayırıq. Biz tərəfdaşlarımıza zəruri olduğu təqdirdə gələcəkdə də mümkün olduğu qədər humanitar məsələlərin həllində yardım etməyə hazırıq", - deyə İ.Qaribaşvili qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Gürcüstanın Baş naziri Azərbaycanın 15 ermənini qarşı tərəfə qaytarmasını təqdir edib

2021/06/34-1623516493.jpg
Oxunub: 513     20:15     12 İyun 2021    
"Şadam ki, mənim aktiv dəstəyim və bizim strateji tərəfdaşımız ABŞ-ın dövlət katibinin köməkçisi Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi saxlanılmış 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və onlar Gürcüstan ərazisi ilə ailələrinin yanına qayıdıblar".

Ordu.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Facebook" hesabında etdiyi paylaşımında qeyd edib.

Baş nazir bildirib ki, Gürcüstan tərəfinin aktiv iştirakı ilə Ermənistan tərəfi minalanmış ərazilərlə bağlı vacib materialları Azərbaycana təqdim edib.

İ.Qaribaşvili məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla şəxsən daimi əlaqədə olduğunu vurğulayıb.

"Qeyd edilməlidir ki, strateji tərəfdaşımız olan ABŞ-ın və bizim proseslərdəki nəzərəçarpan iştirakımızla Cənubi Qafqaz regionunun təhlükəsizliyinin inkişafı üçün xüsusi addım atılıb. Qonşu ölkələrin regionda gərginliyi azaldacaq, uzun müddətdə əməkdaşlıq mühiti yaradacaq bu qərarını alqışlayırıq. Biz tərəfdaşlarımıza zəruri olduğu təqdirdə gələcəkdə də mümkün olduğu qədər humanitar məsələlərin həllində yardım etməyə hazırıq", - deyə İ.Qaribaşvili qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin