İrəvanda növbəti sayıqlamalar: "Türkiyə xüsusi təyinatlıları Sünik ərazisinə daxil olublar"

2020/07/Naxij-1596020762.jpg
Oxunub: 1888     11:40     12 İyun 2021    
"Siyasi qüvvələr bu dövrdə təbliğat kampaniyası ilə məşğuldur və Ermənistanın təhlükəsizliyi müzakirələrin gündəmindən çıxıb, lakin bu günlərdə vacib hadisələr baş verir".

Ordu.az xəbər verir ki, bu barədə "Politik.am" nəşri yazır.

"Müharibə iştirakçısı Artur Ayvazyan dünən bizə bir foto göndərib, foto sübut edir ki, Sünik vilayətinin Qaragöl ərazisində bu anda təkcə Azərbaycan Respublikasının hərbçiləri yox, həm də Türkiyə Respublikasının xüsusi təyinatlıları var. Ayvazyanın sözlərinə görə, onlar Qaragöl ərazisinə 3 gün əvvəl köçürülüblər. Müdafiə Nazirliyinin bu faktla bağlı hər hansı şərh verməməsi maraqlıdır. Belə çıxır ki, sərhədlərimizdə təhlükəli toplanmalar baş verir, Ermənistan MN isə baş verən prosesləri gizlədir", - deyə KİV yazır.

Qeyd edək ki, bənzər əsassız iddialar Vətən Müharibəsi dövründə də səsləndirilib. Görünür Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi və sərhəddə baş verən son proseslər düşmənin yuxusunu ərşə çəkib, habelə duyğu və qavrama pozuntularına səbəb olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


İrəvanda növbəti sayıqlamalar: "Türkiyə xüsusi təyinatlıları Sünik ərazisinə daxil olublar"

2020/07/Naxij-1596020762.jpg
Oxunub: 1889     11:40     12 İyun 2021    
"Siyasi qüvvələr bu dövrdə təbliğat kampaniyası ilə məşğuldur və Ermənistanın təhlükəsizliyi müzakirələrin gündəmindən çıxıb, lakin bu günlərdə vacib hadisələr baş verir".

Ordu.az xəbər verir ki, bu barədə "Politik.am" nəşri yazır.

"Müharibə iştirakçısı Artur Ayvazyan dünən bizə bir foto göndərib, foto sübut edir ki, Sünik vilayətinin Qaragöl ərazisində bu anda təkcə Azərbaycan Respublikasının hərbçiləri yox, həm də Türkiyə Respublikasının xüsusi təyinatlıları var. Ayvazyanın sözlərinə görə, onlar Qaragöl ərazisinə 3 gün əvvəl köçürülüblər. Müdafiə Nazirliyinin bu faktla bağlı hər hansı şərh verməməsi maraqlıdır. Belə çıxır ki, sərhədlərimizdə təhlükəli toplanmalar baş verir, Ermənistan MN isə baş verən prosesləri gizlədir", - deyə KİV yazır.

Qeyd edək ki, bənzər əsassız iddialar Vətən Müharibəsi dövründə də səsləndirilib. Görünür Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi və sərhəddə baş verən son proseslər düşmənin yuxusunu ərşə çəkib, habelə duyğu və qavrama pozuntularına səbəb olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin