“Qələbəmizi şəhid və qazilərimizə həsr edirik”

2021/06/8cebf-3246955864.jpg
Oxunub: 1980     12:33     12 İyun 2021    
Rəşadətli ordumuzun sıralarında xidmət edən yüzlərlə gənc hərbi xidməti ilə yanaşı, idman fəaliyyətini də yüksək səviyyədə davam etdirir, müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı nəticəsində bu gün müxtəlif idman növləri üzrə peşəkar idmançıların yetişdirilməsi üçün hər cür şəraitlə təmin olunan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu (MOİK) fəaliyyət göstərir. 1961-ci ildə təsis edilən Mərkəzi Ordu İdman Klubu Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Müdafiə Nazirliyinin tərkibinə verilib. Yarandığı gündən bu günədək Mərkəzi Ordu İdman Klubu şərəfli yol keçib. İdmançılarımız Olimpiya oyunlarında, həmçinin Dünya və Avropa çempionatlarında iştirak edərək medallar qazanıblar. Qazanılan medalların sayına görə MOİK-in adı Gənclər və İdman Nazirliyi tərəfindən həmişə fərqlənən idman klubları sırasında çəkilir. MOİK Azərbaycan Ordusunun beynəlxalq və respublika səviyyəli yarışlarda peşəkar səviyyədə təmsil edir, həmçinin gənclərin vətənpərvərlik hissinin və fiziki hazırlığının yüksəldilməsi məqsədilə müxtəlif idman növləri üzrə fəal iş aparır.

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) bütün yaş qrupları üzrə 16 idman növündə məşqlər keçirilir. Azərbaycan milli yığma komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, Dünya, Avropa və başqa beynəlxaq yarışlarda qazanılan medalların da bir hissəsi MOİK-in idmançılarına məxsusdur. Həmçinin ölkədə və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edən MOİK-in yetirmələri Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında 1-ci yeri tutan Azərbaycan yığmasının qələbəsində də pay sahibi oldular. Onlar 2 qızıl, 1 gümüş və 1 bürünc olmaqla, komandamızın hesabına 4 medal qazandırdılar.

Klubun yetirmələri beynəlxalq idman arenalarında yeni-yeni uğurlar əldə etməyə davam edirlər. İdmançılar növbəti uğuru Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatında qazanıblar. 36 ölkədən 425 idmançının iştirak etdiyi qitə birinciliyində Azərbaycan güləşçiləri uğurlu mübarizə apararaq 9 medal qazanıblar. Komandanın tərkibində yarışlara qatılan Mərkəzi Ordu İdman Klubunun iki idmançısı - əsgərlər Əliabbas Rzazadə və Orxan Abbasov çempionatı gümüş medalla başa vurublar.

İdmançılarla həmsöhbət olmaq, onların təəssüratlarını oxucularımızla bölüşmək üçün MOİK-ə üz tutduq. Mərkəzi Ordu İdman Klubunun rəhbəri polkovnik-leytenant Mənsur Nəcəfovla görüşdük. Klubun rəisi burada xidmət edən hərbi qulluqçular üçün hər cür şəraitin yaradıldığını bildirdi. Qeyd etdi ki, son illər klubda sürətlə yenidənqurma işləri aparılır, şəxsi heyətin idman fəaliyyətini peşəkarcasına davam etdirməsi üçün müasir avadanlıqlarla təchiz olunan idman zalları fəaliyyət göstərir. "Bunlarla yanaşı, peşəkar idman ustalarından ibarət məşqçi heyətimiz də idmançılarımızın hazırlanmasında əzmkarlıq nümayiş etdirirlər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordu idmanının inkişafına göstərdiyi böyük qayğı nəticəsində Azərbaycan idmançıları Beynəlxalq idman arenalarında yeni-yeni uğurlar əldə edirlər. Bu nailiyyətlər ordumuzun qüdrətini bir daha sübut edir, əsgərlərimizin fiziki sağlamlığına dövlətimiz tərəfindən xüsusi qayğı ilə yanaşıldığını göstərir".

MOİK-in rəhbəri ilə dialoqumuzu başa vurub, gəlişimizin əsas səbəbkarları ilə kəlmələşdik. Hər iki idmançı uğurlarından qürurla danışdı, göstərilən etimadı doğrultduqları üçün sevindiklərini dedi.

Avropa çempionatının gümüş mükafatçısı Əliabbas Rzazadə 1998-ci il mayın 21-də Astara rayonunun Rüdəkənar kəndində anadan olub. O, birinci sinfə Mirzə Ələkbər Sabir adına 1 saylı orta məktəbdə gedib. Həmyerlisi Cəbrayıl Həsənovun qazandığı nailiyyətlər onun idmana olan marağını daha da artırıb və 8 yaşında idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb. O bir neçə dəfə Astara şəhərində və qonşu rayonlarda keçirilən yarışların qalibi olub. Əliabbasın idmanda parlaq gələcəyi olduğunu görən müəllimi Elçin Həmidov ona təhsilini "Respublika Olimpiya İdman Liseyin"də davam etdirməyi tövsiyə edir. 5-ci sinifdən həmin liseydə təhsilini davam etdirən idmançımız Allahverdi Vəliyevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb. İdmançımız, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sərbəst güləş ixtisasını bitirib.

Əliabbas Rzazadə 2012-ci ildə yaşıdları arasında Respublika birincisi, 2016-cı ildə Azərbaycan çempionu, Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən gənclərin Avropa çempionatının üçüncüsü, Fransada keçirilən Dünya çempionatının üçüncüsü, 2018-ci ildə Azərbaycan çempionatının birincisi və həmin ildə İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa çempionatının üçüncüsü olub.

Dünyada cərəyan edən COVID-19 pandemiyasına görə yarışlara ara verən idmançı cari ildə yenidən tatamiyə qayıdıb və Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında iştirak edib. Yarışın birinci günündə 57 kq çəki dərəcəsində tatamiyə çıxan güləşçimiz ilk mərhələni güləşmədən adlayıb. Buna səbəb yerli güləşçinin xalçaya çıxmaması olub. 1/I4 finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Əliabbas 2019-cu ildə Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş İtaliya güləşçisini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə uduzan Rzazadə yarışı gümüş medalla yekunlaşdırıb. Hərbi qulluqçu bildirdi ki, Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Respublikasının sərbəst güləş üzrə yığma komandasının tərkibində məşq edirlər. "Yarışa çox yaxşı hazırlaşmışdıq. Əlbəttə, istəyərdim ki, birinci olum. Ancaq istək kifayət etmir, deməli, qismətimdə gümüş medal mükafatçısı olmaq var imiş. Finalda məğlubiyyətim ruh düşkünlüyü yaratmır. Çalışacağam ki, səhvlərimdən nəticə çıxarım. Bu dəfə alınmasa da, inşallah, hərbçilər arasında keçirilən növbəti Dünya çempionatının qalibi olacağam. Bir idmançı, bir hərbçi kimi bizim də vəzifə borcumuz Azərbaycan bayrağının dünyanın hər bir yerində dalğalandırılması, himnimizin səsləndirilməsi üçün qələbələr qazanmaqdır. Bu bizim üçün həm də böyük fəxrdir".

- Hər bir idmançı kimi mən də Olimpiya çempionu olmaq istəyirəm, - deyə Əliabbas Rzazadə sözünə davam etdi. - Bu, sadəcə tək-tək insanlara qismət olur. Həmyerlilərimizdən bir neçəsinə Olimpiya çempionu olmaq qismət olub. Həmişə onların hansı hissləri keçirdiyini bilmək istəmişəm. İnşallah, həmin hissləri yaşamaq mənə də nəsib olar. Məqsədimə çatdıqdan sonra gələcəkdə karyeramı məşqçi kimi davam etdirmək, ölkəmizə layiqli idmançılar yetişdirmək istəyirəm.

Digər idmançımız da Avropa çempionatının gümüş mükafatçısıdır. Güləşçimiz Orxan Abbasov 1998-ci il iyulun 16-da Bakı şəhərində anadan olub. İlk təhsilini Binəqədi rayon Sulutəpə qəsəbəsində alan Orxan uşaqlıqdan idmanla məşğul olub. O, idmançı atası Əhmədxan kişidən ilhamlanaraq, Ruslan Şəmilovun məşqçiliyi ilə idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb. Ali təhsilini də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sərbəst güləş ixtisası üzrə bitirib.

Artıq on bir ildir ki, idmanla məşğul olan Orxan Abbasov bu günə qədər 3 dəfə Dünya, bir dəfə isə Avropa üçüncüsü olub. Əsgər kimi qatıldığı sonuncu qitə çempionatında isə gümüş medal qazanıb. İdmançımız dəstəyi atasından aldığını deyərək, idmanın bu növünü seçməsindən danışdı. "İdmanın sərbəst güləş növünü seçməyim Olimpiya çempionumuz Namiq Abdullayevlə bağlıdır. Namiq Abdullayevi özümə kumir bilirəm. Ən böyük arzum onun kimi Olimpiya çempionu olmaq, adımı ölkəmizin idman tarixinə əbədi həkk etməkdir".

Turnirdən söhbət açan idmançı yarışa baş məşqçi Arif Abdullayevin rəhbərliyi ilə qatıldığını bildirdi. Tatami üzərinə 86 kq çəki dərəcəsində çıxan güləşçimiz ilk görüşdə İsrail, sonra Ukrayna, yarımfinalda isə Almaniya təmsilçilərinə qalib gəlib. Orxan final qarşılaşmasında rus idmançı ilə üz-üzə gəlib. Gərgin mübarizə əzmində keçən finalın sonunda kiçik xal fərqi ilə ikinci olub. Gələcək yarışlarda birinciliyi qarşısına məqsəd qoyan MOİK təmsilçisi gümüş medal qazananda sevincini ilk olaraq atası ilə bölüşdüyündən danışdı: "İdmançı kimi formalaşmağımda tatami üzərində müəllimlərimə, həyatda isə atama minnətdaram. Bu yolda atam mənəvi dəstəyini heç zaman əsirgəməyib, hər zaman yanımda olub, mənə müsbət əhval-ruhiyyə aşılayıb. Atamın mənə olan dəstəyi və inamı özgüvənimi və mübarizliyimi daha da artırıb. Məqsədim hər bir idmançı üçün ən yüksək zirvə olan Olimpiya çempionu olmaqdır. Durmadan öz üzərimdə çalışır, məqsədimə çatacağıma inanıram".

Hər iki idmançımız şanlı zəfərimizlə başa çatan Vətən müharibəsindən də söz açaraq döyüş meydanında olmaq arzularından danışdılar: "Döyüşlərdə biz də iştirak etmək istəyirdik, hər an komanda gözləyirdik. Orada döyüşən hər bir silahdaşımıza minnətdarıq, onlarla qürur duyuruq. Onların qanı bahasına Şuşada dalğalanan bayrağımızı biz də idman arenalarında dalğalandırmağa səy göstəririk. Qələbəmizi müqəddəs yolda şəhid və qazi olan qardaşlarımıza həsr edirik".

Ruslan Həsənzadə, Mahmud Möhbaliyev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu  

“Qələbəmizi şəhid və qazilərimizə həsr edirik”

2021/06/8cebf-3246955864.jpg
Oxunub: 1981     12:33     12 İyun 2021    

Bizi "telegram"da izləyin