Ordu.az xəbər verir ki, saziş Rusiya hökumətinin məlumat portalında dərc olunub.
Sazişə görə, Rusiya hərbi gəmiləri Konqo Respublikasına girə və təyyarələr iki ölkə arasındakı razılığa əsasən bu ölkənin ərazisinə enə bilər.
Hökümətlərarası saziş 24 oktyabr 2019-cu ildə imzalanıb. Saziş nümayəndə heyətlərinin rəsmi səfərlərini, hərbi təlimlərdə iştirak etməyi, hərbi ekspertlərin görüşlərini, hərbi kadrların təhsili və təlimini, hərbi gəmilərin və hərbi təyyarələrin ziyarətlərini əhatə edir.
Sənədə əsasən, Rusiya və Konqo müdafiə məsələləri barədə məlumat mübadiləsi aparacaq, qoşunların birgə hazırlığı sahəsində əlaqələri inkişaf etdirəcək, sülhməramlı fəaliyyət sahəsində təcrübə mübadiləsi aparacaq, terrorizm və piratlıqla mübarizə tədbirlərində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Rusiya son illərdə Afrikada hərbi varlığını artırmağa davam edir. Moskva qitədə yerləşən ölkələrə hərbi məhsullar ixrac edir.
Sevinc Əliyeva
Ordu.az