ABŞ Ukraynaya PUA-lar mübarizə avadanlıqları və REM vasitələri tədarük edəcək

2019/06/US-Uk-1561526830.jpg
Oxunub: 328     10:21     12 İyun 2021    
ABŞ Ukraynaya təhlükəsizliyini gücləndirmək üçün əlavə olaraq 150 milyon ABŞ dolları həcmində hərbi yardım ayırıb.

Ordu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukrayna bu il müdafiə islahatları sahəsində kifayət qədər irəliləyib:

“Bu gün Pentaqon Ukraynanın təhlükəsizliyini gücləndirmək üçün yeni 150 milyon dollarlıq yardım paketinin ayrıldığını elan edib. Bu, mart ayında Ukraynaya ayrılmış 125 milyon ABŞ dolları həcmində yardım paketinə əlavədir”, - deyə Kirbi bildirib.

Yeni yardım paketi PUA-larla mübarizə komplekslərinin, təhlükəsiz rabitəni təmin edən vasitələrin və yaralıların tibbi evakuasiyası üçün vasitələrin, radioelekton mübarizə (REM) vasitələrinin tədarükünü əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


ABŞ Ukraynaya PUA-lar mübarizə avadanlıqları və REM vasitələri tədarük edəcək

2019/06/US-Uk-1561526830.jpg
Oxunub: 329     10:21     12 İyun 2021    
ABŞ Ukraynaya təhlükəsizliyini gücləndirmək üçün əlavə olaraq 150 milyon ABŞ dolları həcmində hərbi yardım ayırıb.

Ordu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukrayna bu il müdafiə islahatları sahəsində kifayət qədər irəliləyib:

“Bu gün Pentaqon Ukraynanın təhlükəsizliyini gücləndirmək üçün yeni 150 milyon dollarlıq yardım paketinin ayrıldığını elan edib. Bu, mart ayında Ukraynaya ayrılmış 125 milyon ABŞ dolları həcmində yardım paketinə əlavədir”, - deyə Kirbi bildirib.

Yeni yardım paketi PUA-larla mübarizə komplekslərinin, təhlükəsiz rabitəni təmin edən vasitələrin və yaralıların tibbi evakuasiyası üçün vasitələrin, radioelekton mübarizə (REM) vasitələrinin tədarükünü əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin