Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistan arasında etimad tədbirlərinin vacibliyindən danışıb

2021/06/60c36-1623419985.jpg
Oxunub: 347     17:58     11 İyun 2021    
“Hazırda Dağlıq Qarabağ münaqişəsindən sonra Azərbaycan və Ermənistan arasında etimad tədbirlərini inkişaf etdirmək üçün dialoq içərisindəyik”.

Ordu.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Vyanda ATƏT-in Daimi Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, sərhəd problemlərini həll etmək üçün effektiv çoxtərəfli fəaliyyət həm uzunmüddətli, həm də yeni meydana çıxan problemləri həll etmək üçün vacibdir: “Etimad tədbirləri ilə bağlı proqramımız vətəndaş cəmiyyəti, mütəxəssislər və peşəkarlar arasında ortaq standartlar, ən yaxşı təcrübəni paylaşmaq və qeyri-siyasi dialoqu təbliğ edir. Təbii ki, problemlər və həll yolları konkret şərtlərdən asılı olaraq dəyişir”.

Baş katibin sözlərinə görə, Abxaziya, Cənubi Osetiya və Dnestryanıda da bu cür etimad tədbirlər görülür.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, etimad tədbirlərinin uğurlu olması həm də səlahiyyətli şəxslərin öhdəliklərindən asılıdır.

O vurğulayıb ki, hökumətlər Avropa Şurasının təşkilata üzv dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü tam və qətiyyətlə dəstəklədiyini fərqindədirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Şurası  


Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistan arasında etimad tədbirlərinin vacibliyindən danışıb

2021/06/60c36-1623419985.jpg
Oxunub: 348     17:58     11 İyun 2021    
“Hazırda Dağlıq Qarabağ münaqişəsindən sonra Azərbaycan və Ermənistan arasında etimad tədbirlərini inkişaf etdirmək üçün dialoq içərisindəyik”.

Ordu.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Vyanda ATƏT-in Daimi Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, sərhəd problemlərini həll etmək üçün effektiv çoxtərəfli fəaliyyət həm uzunmüddətli, həm də yeni meydana çıxan problemləri həll etmək üçün vacibdir: “Etimad tədbirləri ilə bağlı proqramımız vətəndaş cəmiyyəti, mütəxəssislər və peşəkarlar arasında ortaq standartlar, ən yaxşı təcrübəni paylaşmaq və qeyri-siyasi dialoqu təbliğ edir. Təbii ki, problemlər və həll yolları konkret şərtlərdən asılı olaraq dəyişir”.

Baş katibin sözlərinə görə, Abxaziya, Cənubi Osetiya və Dnestryanıda da bu cür etimad tədbirlər görülür.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, etimad tədbirlərinin uğurlu olması həm də səlahiyyətli şəxslərin öhdəliklərindən asılıdır.

O vurğulayıb ki, hökumətlər Avropa Şurasının təşkilata üzv dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü tam və qətiyyətlə dəstəklədiyini fərqindədirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Şurası  


Bizi "telegram"da izləyin