İşğaldan azad edilmiş ərazilərdə yaradılan modul tipli hərbi hissələrə media-tur təşkil olunub - FOTOLAR

2021/06/7f48d-22727701808.jpg
Oxunub: 1477     14:15     11 İyun 2021    
İşğaldan azad edilmiş ərazilərdə yaradılan modul tipli hərbi hissələrə media-tur təşkil olunub.

Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Media-turda bildirilib ki, burada məqsəd işğaldan azad olan ərazilərdə Müdafiə Nazirliyinin tabeliyində olan şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət müasir tipli hərbi hissə yaratmaqdır.

Yeni yaradılan döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün ən qısa vaxtda modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam etdirilir.















Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Media-Tur  


İşğaldan azad edilmiş ərazilərdə yaradılan modul tipli hərbi hissələrə media-tur təşkil olunub - FOTOLAR

2021/06/7f48d-22727701808.jpg
Oxunub: 1478     14:15     11 İyun 2021    
İşğaldan azad edilmiş ərazilərdə yaradılan modul tipli hərbi hissələrə media-tur təşkil olunub.

Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Media-turda bildirilib ki, burada məqsəd işğaldan azad olan ərazilərdə Müdafiə Nazirliyinin tabeliyində olan şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət müasir tipli hərbi hissə yaratmaqdır.

Yeni yaradılan döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün ən qısa vaxtda modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam etdirilir.















Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Media-Tur  


Bizi "telegram"da izləyin