Rusiya Ermənistana humanitar yardım göndərməyib

2021/06/2021_-1623405628.jpg
Oxunub: 638     16:25     11 İyun 2021    
Ermənistan MDB ölkələrindən humanitar yardım almayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Rusiyadan da Ermənistana humanitar yardım göndərilməyib, halbuki ötən ilin yanvar-mart aylarında Ermənistan Rusiyadan 5900 dollar dəyərində humanitar yardım alıb.

Nə ötən ilin yanvar-aprel aylarında, nə də bu ilin eyni dövründə Ukraynadan Ermənistana humanitar yardım gəlməyib.

Nəşr qeyd edir ki, xaricdən Ermənistana göndərilmiş humanitar yardımın həcmləri ümumi olaraq bir az artıb.

Ötən ilin yanvar-aprel aylarında humanitar yardım olaraq Ermənistana 8 milyon 84 min 300 dollar göndərilib, bu ilin eyni dövründə isə Ermənistan 9 milyon 549 min 500 dollar dəyərində humanitar yardım alıb.

Hansı ölkələrin Ermənistana humanitar yardım göndərdiyi də məlum olub. Bunlar arasında Avropa İttifaqının üzvü olan bir çox ölkələr də var. Məsələn, Ermənistan Almaniyadan 534 min 900 dollar dəyərində yardım alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır, ötən il bu rəqəm 991 min 100 dollar təşkil edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Humanitar-yardım  

Rusiya Ermənistana humanitar yardım göndərməyib

2021/06/2021_-1623405628.jpg
Oxunub: 639     16:25     11 İyun 2021    

Bizi "telegram"da izləyin