Ermənistanın sabiq Yüksək Texnologiyalar Sənayesi nazirini döyüblər

2021/06/37890-1623405388.jpg
Oxunub: 386     14:35     11 İyun 2021    
“Dünən Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri təbliğat kampaniyası çərçivəsində “Kanaker SES”in ərazisində seçki bukletləri paylayıblar, yaşlı bir kişi onlara yaxınlaşıb və deyib ki, bu ərazidə buklet paylamasınlar, burada onların seçiciləri yoxdur, bukletləri toplasınlar və getsinlər”.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Buna cavab olaraq, “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri keçmiş yüksək texnologiyalar sənayesi naziri Hakob Arşakyanın başçılığı altında yaşlı adamı təhqir ediblər. Ərazidə yaşayan bir neçə gənc hadisəyə müdaxilə edib və “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərini döyüb”, - deyə nəşr qeyd edir.

Bildirilir ki, Hakob Arşakyan yüngül xəsarətlər alıb, “Vətəndaş Müqaviləsi” partiyasının digər üzvləri isə “İzmirlyan” tibb mərkəzinə yerləşdiriliblər, onlardan birinin sınıqları var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Ermənistanın sabiq Yüksək Texnologiyalar Sənayesi nazirini döyüblər

2021/06/37890-1623405388.jpg
Oxunub: 387     14:35     11 İyun 2021    
“Dünən Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri təbliğat kampaniyası çərçivəsində “Kanaker SES”in ərazisində seçki bukletləri paylayıblar, yaşlı bir kişi onlara yaxınlaşıb və deyib ki, bu ərazidə buklet paylamasınlar, burada onların seçiciləri yoxdur, bukletləri toplasınlar və getsinlər”.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Buna cavab olaraq, “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri keçmiş yüksək texnologiyalar sənayesi naziri Hakob Arşakyanın başçılığı altında yaşlı adamı təhqir ediblər. Ərazidə yaşayan bir neçə gənc hadisəyə müdaxilə edib və “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərini döyüb”, - deyə nəşr qeyd edir.

Bildirilir ki, Hakob Arşakyan yüngül xəsarətlər alıb, “Vətəndaş Müqaviləsi” partiyasının digər üzvləri isə “İzmirlyan” tibb mərkəzinə yerləşdiriliblər, onlardan birinin sınıqları var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin