Ermənistan XİN tamamilə nəzarətdən kənardır

2021/06/45454-1622531197.jpg
Oxunub: 488     17:12     11 İyun 2021    
Ermənistan Xarici İşlər Nazirliyi tamamilə Nikol Paşinyanın nəzarətindən çıxıb və öz mövqeyində təkdir.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Bu yaxınlarda nazirliyin adından təxmini olaraq keçmiş nazir Ara Ayvazyanın vida çıxışı ruhunda sərt bəyanat hazırlayıblar ki, dövlət ən ağır vəziyyətdədir, dövlətçiliyin itirilməsi təhlükəsi var və bu vəziyyətdə heç bir yeni sənəd imzalamaq olmaz.

Hətta Baş nazir vəzifəsinin müvəqqəti icraçısına ünvanlanmış çağırış olacaq mətni hazırlayıblar. O, çərşənbə axşamı günü axşam saatlarında dərc olunmalı və həmin gün eyni zamanda 3 nazir müavini istefa ərizəsi təqdim etməli idi, lakin naməlum səbəblərdən proses dayandırılıb.

XİN-dəki mənbələrimizin məlumatına görə, xarici sahənin cavabdehləri ölkədə yeni silkələnmələr yaratmaq istəməyiblər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-XİN   Böhran  


Ermənistan XİN tamamilə nəzarətdən kənardır

2021/06/45454-1622531197.jpg
Oxunub: 489     17:12     11 İyun 2021    
Ermənistan Xarici İşlər Nazirliyi tamamilə Nikol Paşinyanın nəzarətindən çıxıb və öz mövqeyində təkdir.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Bu yaxınlarda nazirliyin adından təxmini olaraq keçmiş nazir Ara Ayvazyanın vida çıxışı ruhunda sərt bəyanat hazırlayıblar ki, dövlət ən ağır vəziyyətdədir, dövlətçiliyin itirilməsi təhlükəsi var və bu vəziyyətdə heç bir yeni sənəd imzalamaq olmaz.

Hətta Baş nazir vəzifəsinin müvəqqəti icraçısına ünvanlanmış çağırış olacaq mətni hazırlayıblar. O, çərşənbə axşamı günü axşam saatlarında dərc olunmalı və həmin gün eyni zamanda 3 nazir müavini istefa ərizəsi təqdim etməli idi, lakin naməlum səbəblərdən proses dayandırılıb.

XİN-dəki mənbələrimizin məlumatına görə, xarici sahənin cavabdehləri ölkədə yeni silkələnmələr yaratmaq istəməyiblər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-XİN   Böhran  


Bizi "telegram"da izləyin