Paşinyan prezident vəzifəsini kimə söz verib?

2021/06/timth-1623405255.jpg
Oxunub: 770     15:39     11 İyun 2021    
Nikol Paşinyan Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyanı “Vətəndaş müqaviləsi” partiyasının siyahısına gətirsə də və bu mövzu üzrə danışıqlar uğursuz olsa da, özünün yenidən seçilməsi halında ona siyasi rəqiblərinə qoşulmayacağı şərtilə Ermənistan prezidenti vəzifəsini söz verib.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Dəmirçiyandan həm də xahiş edib ki, Ermənistan Xalq Partiyasının üzvləri bu günlərdə radikal müxalifətçiləri və xüsusən də Robert Köçəryanı tənqid etsinlər.

Yeri gəlmişkən söz-söhbətlər var idi ki, əvvəlki seçkilərdə olduğu kimi, Ermənistan Xalq Partiyasının siyasında Dəmirçiyanın fəxri yeri olacaq və Ter-Petrosyan da ona bənzər təklif verib, lakin böyük ehtimal Ermənistan Xalq Partiyasının sədri Paşinyanın vədini ciddi qəbul etməyib və gələcəkdə prezident olmaq perspektivi xoşuna gəlməyib”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Prezident  


Paşinyan prezident vəzifəsini kimə söz verib?

2021/06/timth-1623405255.jpg
Oxunub: 771     15:39     11 İyun 2021    
Nikol Paşinyan Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyanı “Vətəndaş müqaviləsi” partiyasının siyahısına gətirsə də və bu mövzu üzrə danışıqlar uğursuz olsa da, özünün yenidən seçilməsi halında ona siyasi rəqiblərinə qoşulmayacağı şərtilə Ermənistan prezidenti vəzifəsini söz verib.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Dəmirçiyandan həm də xahiş edib ki, Ermənistan Xalq Partiyasının üzvləri bu günlərdə radikal müxalifətçiləri və xüsusən də Robert Köçəryanı tənqid etsinlər.

Yeri gəlmişkən söz-söhbətlər var idi ki, əvvəlki seçkilərdə olduğu kimi, Ermənistan Xalq Partiyasının siyasında Dəmirçiyanın fəxri yeri olacaq və Ter-Petrosyan da ona bənzər təklif verib, lakin böyük ehtimal Ermənistan Xalq Partiyasının sədri Paşinyanın vədini ciddi qəbul etməyib və gələcəkdə prezident olmaq perspektivi xoşuna gəlməyib”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Prezident  


Bizi "telegram"da izləyin