“İzvestiya”: ABŞ Cənubi Qafqaza yaxınlaşmaq istiqamətini davam etdirir

2021/06/RIA-1623405101.jpg
Oxunub: 667     21:34     11 İyun 2021    
“İyunun 14-də Bresseldə NATO sammiti baş tutacaq. Bu dəfə alyans üzvləri alyansda iştirak etmək istəyən ölkələri, yəni Gürcüstan və Ukraynanı dəvət etməmək qərarına gəliblər”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu “İzvestiya” nəşri yazıb.

“Buna baxmayaraq, Şimali Atlantika alyansında Kiyev və Tiflisi inandırıblar ki, onların yaxınlaşmaq şansları saxlanılır. Bu bəyanatlar fonunda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinin müvəqqəti əvəzedicisi Filip Rikerin Cənubi Qafqaz ölkələrinə səfəri baş verir”, - deyə nəşr bildirir.

Müəllif bildirib ki, Filip Rikerin Cənubi Qafqaz turu Tiflis səfəri ilə başlayıb. Filip Riker Gürcüstandan sonra Azərbaycan və Ermənistana gedib.

“Əvvəlcə o, Bakıya uçub, orada prezident İlham Əliyevlə danışıqlar aparıb. Onlar energetika, insan hüquqları məsələlərini, eləcə də bölgədəki təhlükəsizliyi və iqtisadi münasibətləri müzakirə ediblər. Amerika nümayəndə heyətinin nümayəndəsinin sözlərinə görə, ABŞ Azərbaycanı strateji tərəfdaş hesab edir”, - deyə müəllif vurğulayıb.

Qeyd olunub ki, ABŞ Cənubi Qafqaza yaxınlaşmaq istiqamətini davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qafqaz   Rusiya  


“İzvestiya”: ABŞ Cənubi Qafqaza yaxınlaşmaq istiqamətini davam etdirir

2021/06/RIA-1623405101.jpg
Oxunub: 668     21:34     11 İyun 2021    
“İyunun 14-də Bresseldə NATO sammiti baş tutacaq. Bu dəfə alyans üzvləri alyansda iştirak etmək istəyən ölkələri, yəni Gürcüstan və Ukraynanı dəvət etməmək qərarına gəliblər”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu “İzvestiya” nəşri yazıb.

“Buna baxmayaraq, Şimali Atlantika alyansında Kiyev və Tiflisi inandırıblar ki, onların yaxınlaşmaq şansları saxlanılır. Bu bəyanatlar fonunda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinin müvəqqəti əvəzedicisi Filip Rikerin Cənubi Qafqaz ölkələrinə səfəri baş verir”, - deyə nəşr bildirir.

Müəllif bildirib ki, Filip Rikerin Cənubi Qafqaz turu Tiflis səfəri ilə başlayıb. Filip Riker Gürcüstandan sonra Azərbaycan və Ermənistana gedib.

“Əvvəlcə o, Bakıya uçub, orada prezident İlham Əliyevlə danışıqlar aparıb. Onlar energetika, insan hüquqları məsələlərini, eləcə də bölgədəki təhlükəsizliyi və iqtisadi münasibətləri müzakirə ediblər. Amerika nümayəndə heyətinin nümayəndəsinin sözlərinə görə, ABŞ Azərbaycanı strateji tərəfdaş hesab edir”, - deyə müəllif vurğulayıb.

Qeyd olunub ki, ABŞ Cənubi Qafqaza yaxınlaşmaq istiqamətini davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qafqaz   Rusiya  


Bizi "telegram"da izləyin