Sərhəd və Qarabağ məsələsi öncə Bayden-Ərdoğan, sonra Putin-Bayden masasında

2021/06/timth-1623404908.jpg
Oxunub: 2331     10:59     12 İyun 2021    
Ağ Evdə baş tutmuş mətbuat konfransı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə meşaviri Ceyk Salivan bildirib ki, Birləşmiş Ştatların prezidenti Cozef Baydenlə Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanın iyunun 14-də Brüsseldə planlaşdırılmış ilk üz-üzə danışıqlarının gündəminə Qarabağ münaqişəsi də daxil ediləcək.

“Prezident Ərdoğanla görüşə gəlincə, bu, NATO sammiti çərçivəsində baş tutacaq. Danışıqların gündəmi kifayət qədər genişdir, hazırda regionda mövcud olan problemlər, o cümlədən təbii olaraq Aralıq dənizinin şərq sektorundakı, Suriyadakı vəziyyət, İran və Qarabağ buna daxil edilib”, - deyə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri bildirib.

Ceyk Salivanın sözlərinə görə, Bayden və Ərdoğanın danışıqları zamanı tərəflər NATO kontingentinin Əfqanıstandan çıxarılması fonunda Türkiyənin bu ölkədə üzərinə götürə biləcəyi rolu da müzakirə etməyə hazırlaşırlar. Son günlərdə diplomatik dairələrdə dolaşan xəbərlərə əsasən, türk bölmələri Kabul beynəlxalq hava limanının normal fəaliyyətini təmin edərək Əfqanıstan ərazisində qala bilər.

Türkiyə Müdafiə naziri Hulusi Akar da ötən günlərdə hərbi dəniz bazalarından birinə etdiyi səfər zamanı hadisələrin inkişafının bənzər ssenarisini istisna etməyib və qeyd edib ki, Şimali Atlantika Alyansının digər üzvləri Ankaranın “siyasi, maliyyə və logistik tələblərini” təmin etsə, Türkiyə bənzər addıma gedəcək.

Salivanın sözlərinə görə, iyunun 14-də Brüsseldə baş tutacaq danışıqların əhəmiyyətli hissəsi həm də insan hüquqları məsələsinə və iki ölkə arasında mövcud olan, Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin dəyər sistemi olaraq xarakterizə etdiyi fərqlərə həsr olunacaq. Bununla belə, Vaşinqtonda ümid edirlər ki, Cozef Bayden və Rəcəb Tayyib Ərdoğanın illər ərzində toplanmış şəxsi ünsiyyət təcrübəsi Brüssel danışıqlarının uğurlu gedişatına töhfə verəcək.

“Prezident Bayden Ərdoğanı çox yaxşı tanıyır, bu iki insan keçmişdə qarşılıqlı ünsiyyətlərdə kifayət qədər uzun zaman keçirib və mən düşünürəm ki, ikisi də münasibətlərin kifayət qədər geniş spektrini praktik atmosferdə müzakirə etmək üçün olan bu imkanı səbirsizliklə gözləyir”, - deyə Salivan bildirib.

Prezidentlərin görüşündən əvvəl Ankarada hökm sürən əhval-ruhiyyəni “ehtiyatlı nikbinlik” kimi xarakterizə etmək olar. Burada da qeyd edirlər ki, Bayden və Ərdoğan Brüssel görüşü zamanı müzakirə ediləcək mövzuların azlığını mütləq hiss etməyəcək. Bunun belə, Ankarada ikitərəfli münasibətlərdə bir sıra ciddi fikir ayrılıqlarının olduğunu vurğulayırlar.

Türkiyənin hakim “Ədalət və İnkişaf” partiyasının mətbuat katibi Ömər Çelik bazar ertəsi axşamı Ankarada partiyanın idarə heyətinin iclasından sonra baş tutmuş brifinq zamanı bu fikir ayrılıqlarının tam siyahısını təqdim edib.

“Əməkdaşlıq gündəmi kifayət qədər genişdir, lakin həm də mənfi amillər, xüsusən Fətullah Gülənin rəhbərlik etdiyi struktura, eləcə də kürd təşkilatlarına ABŞ tərəfindən göstərilən dəstək, qondarma erməni soyqırımı məsələsi və Kiprin Birləşmiş Ştatlardan aldığı dəstək var”, - deyə Ömər Çelik bəyan edib.

Faktiki olaraq Putin-Bayden görüşü Bayden-Ərdoğan görüşündən sonra baş tutacaq. Türkiyə və ABŞ-ın nəyi razılaşdıracağı Rusiya-Amerika danışıqlarında da müzakirə olunacaq. Söhbət təkcə Qarabağ ətrafında ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələcək fəaliyyətindən yox, həm də Ermənistan-Azərbaycan sərhədində hökm sürən vəziyyətin gələcəyindən gedir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   Türkiyə  

Sərhəd və Qarabağ məsələsi öncə Bayden-Ərdoğan, sonra Putin-Bayden masasında

2021/06/timth-1623404908.jpg
Oxunub: 2332     10:59     12 İyun 2021    

Bizi "telegram"da izləyin