Balasanyanın Gorus macəraları, yoxsa silahlı toqquşmaya hazırlıq?

2021/06/00-37-1623404818.jpg
Oxunub: 1053     17:46     11 İyun 2021    
Ermənistanda seçkiqabağı təşviqat kampaniyası çərçivəsində siyasi qüvvələr müxtəlif bölgələrdə görüşlər keçirməyə davam edir.

Seçkidə iştirak edəcək qüvvələrdən biri olan “Hayastan” ittifaqının lideri Robert Köçəryanın Gorus bölgəsində keçirilən təbliğat kampaniyası zamanı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın görünməsi böyük diqqət mövzusuna çevrilib. Məlum olduğu kimi, Balasanyan ona ünvanlanmış suala cavab vermişdi ki, mitinqdə iştirak etməyə gəlməyib, Gorusa çay içməyə gəlib.

Onun cavabının, belə demək mümkünsə, yayındırıcı cavab olduğu açıq-aydındır, çünki Balasanyana da aydındır ki, çay içmək üçün Xankəndidən Gorusa gəlməyə dəyməz.

Əlbəttə, digər tərəfdən bu o demək deyil ki, Balasanyan mütləq mitinqə gəlmişdi. Onun başqa işlə əlaqədar Gorusa gəlməsi mümkündür. Lakin bu, elə bir işdir ki, bu barədə o, jurnalistlərə bildirə bilməzdi və ya bildirmək istəmirdi. Bu isə bəlkə də onu göstərir ki, onu Gorusa Ermənistandakı seçki prosesləri ilə əlaqəyə malik olan iş gətirib.

Lakin buna paralel olaraq çətin ki, Balasanyan mitinqin izdihamını artırmaq məqsədilə mitinqdə iştirak etmək üçün gəlmişdi. Əlbəttə, bunun az və ya çox əhəmiyyəti yoxdur. Burada başqa hal meydana gəlir. Əgər o, Ermənistanın daxili siyasi prosesləri ilə əlaqəyə malik olmayan və müzakirəsinə ehtiyac olmayan işlə bağlı gəlmişdisə, böyük ehtimalla Balasanyan bu işi, belə demək mümkünsə, diqqəti cəlb etmədən edərdi.

Əgər bu təmaslar lüzumsuz və daha praktik ola bilərdisə, niyə Köçəryanın təbliğat həyata keçirdiyi mitinq yerinə getsin, onu salamlasın, onlarla kamera qarşısında diqqət mərkəzinə düşsün? Buna görə də belə bir nəticəyə gəlmək olar ki, onun məhz diqqət mərkəzinə düşmək məqsədi olub.

Bəlkə də bu, yeganə məqsəd olmayıb, lakin xüsusi məqsəd olub və buna görə də Vitali Balasanyan Robert Köçəryanın təbliğatı zamanı özünün Gorusda olması halını “aşkarlayıb” və bunu göstərmək üçün onunla ünsiyyətə gedib. Vitali Balasanyan bunun diqqət mərkəzinə düşməsini niyə istəyib və bu, yalnız onun istəyi olub, yoxsa Robert Köçəryanın da istəyi olub? Əlbəttə, bu, suallardan biridir.

Hər halda görünən odur ki, Köçəryan da Balasanyanla “aşkara çıxmağa” qarşı olmayıb. Onların bunun altında nə “gizlətdikləri” artıq ayrı məsələdir. Əlbəttə, heç nə gizlətmədikləri, bunun sadəcə olaraq məhz böyük intriqa ehtiva etməyən seçki hiyləsi olması mümkündür. Lakin bütün hallarda bir şeyi qeyd etmək lazımdır ki, cinayətkar rejimin timsalında Xankəndini özü də hazırkı vəziyyətdə Ermənistanın daxili siyasi həyatındakı hansısa qüvvələrin məqsədilərinə xidmət etdirmək birbaşa olaraq Ermənistanın təhlükəsizliyi ilə oynamağa bərabərdir.

Balasanyanın Ermənistandakı daxili siyasi problemləri həll etməyin hansısa “kombinasiya”sında, hətta məhz bu cür “buklet” məntiqində belə hər hansı bir şəkildə oynadılması təhlükəli nəticələr verəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Balasanyan   Ermənistan  

Balasanyanın Gorus macəraları, yoxsa silahlı toqquşmaya hazırlıq?

2021/06/00-37-1623404818.jpg
Oxunub: 1054     17:46     11 İyun 2021    

Bizi "telegram"da izləyin