Resurs yoxdursa, ambisiya dağıdıcı ola bilər| Rusiya Qafqazda Türkiyənin hərbi varlığı ilə barışır

2019/04/10281-1555486514.jpg
Oxunub: 973     15:13     11 İyun 2021    
Rusiya Xarici İşlər naziri Lavrov Moskvanın fövqəldövlət ambisiyalarına sahib olmadığını bildirib. O, “Primakov oxunuşları” seminarında iştirakçılarının qarşısında çıxışında deyib ki, Rusiya Qərbin hər yerdə öz dəyər sistemini tətbiq etmək siyasətini sadəcə olaraq qəbul etmir.

Lavrov praktik olaraq Rusiyanın dərin məqsədinə, yəni dünya nüfuzuna iddia etmək yox, sadəcə olaraq öz təsir zonasına və bu zonada Qərb birgəyaşayışının normalarını irəli sürmək cəhdlərinin olmayacağına dair Qərb inancına sahib olmaq məqsədinə eyham vurub.

Başqa cür desək, Rusiya Xarici İşlər naziri sadəcə olaraq eyham vurur ki, Rusiya dünyadan öz payını istəyir və istəyir ki, bu paya heç kim, xüsusən də Qərb iddia etməsin. Lavrovun bəyanatı bir tərəfdən fövqəldövlət ambisiyasına sahib olmamaq baxımından anlaşılandır.

Nə də olsa, Rusiya fövqəldövlət olmaq üçün kifayət qədər resursa da sahib deyil, rus elitası bunu gözəl təsəvvür və dərk edir.

Resurs yoxdursa, ambisiya dağıdıcı ola bilər. Lakin bütün məsələ odur ki, Rusiya halında regional dövlət resursu belə tükənir, Qafqaz bunun parlaq sübutudur, Türkiyə Qarabağ müharibəsi ilə Qafqazda öz varlığını təsbit edib.

Moskvanın özününkü hesab edilən regiona Türkiyənin daxil olmasına dözməsi regional səviyyədə, hətta məhz “özünün dünya payı” kimi nəzərdən keçirilən səviyyədə Rusiyanın öz maraqlarını təmin etmək iqtidarından olmadığından xəbər verir, müttəfiq hesab olunan ölkələrin maraqları haqqında hələ danışmırıq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Türkiyə   Qafqaz  

Resurs yoxdursa, ambisiya dağıdıcı ola bilər| Rusiya Qafqazda Türkiyənin hərbi varlığı ilə barışır

2019/04/10281-1555486514.jpg
Oxunub: 974     15:13     11 İyun 2021    

Bizi "telegram"da izləyin