Niderlandda Kəlbəcərdə həlak olan jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb

2021/06/45645-1623402601.jpg
Oxunub: 346     13:09     11 İyun 2021    
Niderland krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Ordu.az-a verilən məlumata görə, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində mina partlaması nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəkilləri təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin cinayətkar davranışına və mina xəritələrini təhvil verməməklə regionda sülhə-sabitliyə mane olmasına cəlb etməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Niderlandda Kəlbəcərdə həlak olan jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb

2021/06/45645-1623402601.jpg
Oxunub: 347     13:09     11 İyun 2021    
Niderland krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Ordu.az-a verilən məlumata görə, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində mina partlaması nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəkilləri təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin cinayətkar davranışına və mina xəritələrini təhvil verməməklə regionda sülhə-sabitliyə mane olmasına cəlb etməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin