Türkiyə Müdafiə naziri: "Hərbi büdcəyə ən çox töhfə verən ilk səkkiz ölkədən biri Türkiyədir"

2021/02/akar--1613224732.jpg
Oxunub: 442     13:17     11 İyun 2021    
"Komanda quruluşu da daxil olmaqla NATO missiyalarına, əməliyyatlarına və qərargahlarına təxminən 3 000 nəfərlik heyəti ilə qatılaraq sıralamadakı ilk beş ölkə arasındayıq".

Ordu.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənn milli müdafiə naziri Hulusi Akar beynəlxalq hərbi təşkilat statusu almış Dəniz Təhlükəsizliyi Mükəmməl Komandanlığının (MARSEC COE) açılış mərasimindəki çıxışında bildirib.

Onun sözlərinə görə, Türkiyənin NATO-dakı müttəfiqləri dünyanın bir çox bölgəsində terror qruplaşmalarına qarşı qətiyyətlə mübarizə etsə də, təəssüf ki, PKK/YPG-PYD terror qruplaşmasına qarşı eyni qətiyyəti göstərməyib.

"Türkiyə olaraq NATO-nun mövcudluğu və əhəmiyyətinin getdikcə artdığını düşünürük. Bu səbəbdən alyans daha da gücləndirilməli və NATO əsl müttəfiqlik ruhunda fəaliyyət göstərməlidir. NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyə özünün və birliyin təhlükəsizliyinin yükünü, bütün dəyərlərini paylaşır. Komanda quruluşu da daxil olmaqla NATO missiyalarına, əməliyyatlarına və qərargahlarına təxminən 3 000 nəfərlik heyəti ilə qatılaraq sıralamadakı ilk beş ölkə arasındayıq. Bundan əlavə, ümumi daxili məhsulun təxminən yüzdə ikisi ilə hərbi büdcəyə ən çox töhfə verən ilk səkkiz ölkədən biri Türkiyədir", - deyə Akar qeyd edib.

O vurğulayıb ki, xüsusilə Türkiyə bölgəsindəki risklər, təhdidlər və təhlükələr ilə məşğul olmasına baxmayaraq, alyansın təlimlərinə, güc strukturuna və heyətinə fasiləsiz qatılır, NATO-nu qorumaq üçün nə lazımdırsa edir: "Avropanın terrorizmə, qaçaqmalçılığa və insan alverinə qarşı sərhədlərini qorumaq üçün nə lazımdırsa edir. Beynəlxalq təhlükəsizliyi və regional sabitliyi təhdid edən PKK/YPG-PYD və İŞİD terror qruplaşmalarının Suriyanın şimalındakı hücumlarına qarşı mübarizə üçün Türkiyənin müttəfiqlərinə çoxsaylı müraciətləri cavabsız qalıb. Bu müraciətələr yerinə yetirlmədi. Türkiyə terrora qarşı mübarizədə yalnız buraxıldı".

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Türkiyə Müdafiə naziri: "Hərbi büdcəyə ən çox töhfə verən ilk səkkiz ölkədən biri Türkiyədir"

2021/02/akar--1613224732.jpg
Oxunub: 443     13:17     11 İyun 2021    

Bizi "telegram"da izləyin