Qarabağda döyüşən daha bir muzdlunun məhkəməsinin vaxtı məlum oldu

2021/05/a6309-1621963475.jpg
Oxunub: 461     12:43     11 İyun 2021    
Ermənistan tərəfindən Qarabağda muzdla döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Ordu.az xəbər verir ki, proses iyunun 23-ü saat 10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Prosesə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Qarabağda döyüşən daha bir muzdlunun məhkəməsinin vaxtı məlum oldu

2021/05/a6309-1621963475.jpg
Oxunub: 462     12:43     11 İyun 2021    
Ermənistan tərəfindən Qarabağda muzdla döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Ordu.az xəbər verir ki, proses iyunun 23-ü saat 10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Prosesə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin