“Tarix yazan şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib - FOTOLAR

2021/06/4ae7b-1623395268.jpg
Oxunub: 357     11:07     11 İyun 2021    
Beyləqan rayonu Milabad qəsəbəsində “Tarix Yazan Şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr olunmuş abidənin açılışında şəhidlərin yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, məktəblilər və qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, ordumuzun Vətən müharibəsində yazdığı tarixi salnamədən, ərazi bütövlüyümüz uğrunda şəhid olanların qisasının düşməndən layiqincə alındığından danışıblar.

Şəhidlərin yaxınları abidənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirərək dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd ediblər.

Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunan şeirlər söyləyib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən-müharibəsi   MN  


“Tarix yazan şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib - FOTOLAR

2021/06/4ae7b-1623395268.jpg
Oxunub: 358     11:07     11 İyun 2021    
Beyləqan rayonu Milabad qəsəbəsində “Tarix Yazan Şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr olunmuş abidənin açılışında şəhidlərin yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, məktəblilər və qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, ordumuzun Vətən müharibəsində yazdığı tarixi salnamədən, ərazi bütövlüyümüz uğrunda şəhid olanların qisasının düşməndən layiqincə alındığından danışıblar.

Şəhidlərin yaxınları abidənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirərək dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd ediblər.

Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunan şeirlər söyləyib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən-müharibəsi   MN  


Bizi "telegram"da izləyin