"Ölkədə silahlı mübarizə təhlükəsi görürəm" - Ter-Petrosyan

2021/04/pet-1617445879.jpg
Oxunub: 696     11:42     11 İyun 2021    
"Xalq tərəfindən hörmətsiz münasibət göstərilən polis işçiləri indi ən çox Nikol Paşinyana qəzəbləniblər".

Ordu.az xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin Baş nazir vəzifəsinə namizədi Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, Ermənistanın dövlət maşını məhv edilib, cinayət isə günü-gündən inkişaf edir, çünki polis öz işi ilə məşğul deyil.

Paşinyanın öz oğlunu əsirlərlə dəyişmək təklifinə gəlincə, Ermənistanın birinci prezidenti bu faktı iyrənclik kimi qiymətləndirib və onu hind filminin sentimental səhnəsi ilə müqayisə edib.

Ter-Petrosyan silahlı mübarizə təhlükəsi gördüyünü qeyd edib.

O bildirib ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan qondarma qurumu, Nikol Paşinyan isə Ermənistanı danışıqlardan kənar qoyub.

Levon Ter-Petrosyanın sözlərinə görə, beş il sonra rus sülhməramlılar Qarabağdan heç bir yerə getməyəcəklər: "İnsanların 95 faizinin yanlış təsəvvürü var ki, beş il sonra rus sülhməramlılar Qarabağı tərk edəcəklər".

"1997-ci ildə Ermənistan ciddiləşmək anına sahib idi. O vaxt bu məsələ ilə bağlı konsensus var idi, lakin andan istifadə edilmədi. İndi Ermənistan yenidən həmin bu problemlə üzləşib, bu anı da itirsək, Ermənistana çox pis hadisələr gözlənilir", - deyə Petrosyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Petrosyan  

"Ölkədə silahlı mübarizə təhlükəsi görürəm" - Ter-Petrosyan

2021/04/pet-1617445879.jpg
Oxunub: 697     11:42     11 İyun 2021    

Bizi "telegram"da izləyin