“Sənədi imzalamayıbsa, yeni sürprizlər gözləməliyik” - Sarkisyan

2021/02/sasfa-1613470676.jpg
Oxunub: 905     12:15     11 İyun 2021    
“O, erməniyönümlü sənədi imzalamaq istəmir? Bəs İlham Əliyev onu bu sənədi imzalamağa məcbur etmirdi?”.

Ordu.az xəbər verir ki, bunu iyunun 10-da təbliğat kampaniyası çərçivəsində görüşlərdən biri zamanı Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

“Bəs niyə imzalamadı? Hökumət iclası zamanı öyündü ki, bu, erməniyönümlü sənəddir. O, erməniyönümlü sənədi imzalamaq istəmir? Bəs İlham Əliyev onu bu sənədi imzalamağa məcbur etmirdi? Qoy o desin ki, İlham Əliyevə nə söz verib ki, İlham Əliyev fikrini dəyişib. Erməniyönümlü sənədi imzalamamaq üçün adam axmaq olmalıdır. Deməli imzalamayıbsa, yeni sürprizlər gözləməliyik”, - deyə Sarkisyan qeyd edib.

Sarkisyan deyib ki, söhbət ordudan gedəndə sakit şəkildə danışmaqda çətinlik çəkir.

“Xahiş edirəm, əsgərimizin hansı vəziyyətdə olduğunu deyin, məgər bu, əsgər yaşayası yerdir, əsgər yatası yerdir?”, - deyə Ermənistanın sabiq prezidenti bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


“Sənədi imzalamayıbsa, yeni sürprizlər gözləməliyik” - Sarkisyan

2021/02/sasfa-1613470676.jpg
Oxunub: 906     12:15     11 İyun 2021    
“O, erməniyönümlü sənədi imzalamaq istəmir? Bəs İlham Əliyev onu bu sənədi imzalamağa məcbur etmirdi?”.

Ordu.az xəbər verir ki, bunu iyunun 10-da təbliğat kampaniyası çərçivəsində görüşlərdən biri zamanı Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

“Bəs niyə imzalamadı? Hökumət iclası zamanı öyündü ki, bu, erməniyönümlü sənəddir. O, erməniyönümlü sənədi imzalamaq istəmir? Bəs İlham Əliyev onu bu sənədi imzalamağa məcbur etmirdi? Qoy o desin ki, İlham Əliyevə nə söz verib ki, İlham Əliyev fikrini dəyişib. Erməniyönümlü sənədi imzalamamaq üçün adam axmaq olmalıdır. Deməli imzalamayıbsa, yeni sürprizlər gözləməliyik”, - deyə Sarkisyan qeyd edib.

Sarkisyan deyib ki, söhbət ordudan gedəndə sakit şəkildə danışmaqda çətinlik çəkir.

“Xahiş edirəm, əsgərimizin hansı vəziyyətdə olduğunu deyin, məgər bu, əsgər yaşayası yerdir, əsgər yatası yerdir?”, - deyə Ermənistanın sabiq prezidenti bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin