İndoneziya donanmasına 6 ədəd FREMM freqatları tədarük ediləcək

2021/02/Italy-1613803364.jpg
Oxunub: 564     17:58     11 İyun 2021    
İtaliyanın “Fincantieri” şirkəti İndoneziya Hərbi Dəniz Qüvvələrinə 6 ədəd FREMM freqatları tədarük edəcək.

Ordu.az xəbər verir ki, İndoneziya donanmasının elan etdiyi tenderdə İtaliya şirkəti qalib gəlib.

Tenderdə bundan başqa Böyük Britaniyanın “Babcock” (Arrowhead 140), Niderlandın “Damen” (SIGMA 10514) və Yaponiyanın “Mitsui” (30FFM) şirkətləri də iştirak edirdi.

Qeyd edək ki, İndoneziya yeni silahlanma proqramı ilə donanmasını modernləşdirməyə qərar verib. Proqram çərçivəsində 1980-ci illərdən etibarən İndoneziya Donanmasında xidmət edən “Əhməd Yani” sinfinə məxsus freqatlar dəyişdiriləcək.

İtaliya mətbuatının yazdığına görə, FREMM freqatından dördü İtaliyadakı gəmiqayırma zavodlarında, qalan ikisi isə İndoneziyanın PT-PAL zavodunda inşa ediləcək. İtaliya mətbuatındakı mənbələrə görə, müqavilənin dəyəri təxminən 4.2 milyard avrodur.

İtalyanın “Fincantieri” şirkəti tərəfindən hazırlanmış FREMM çoxməqsədli freqatları olduqca inkişaf etmiş və müasir xüsusiyyətlərə malikdir. Bundan əvvəl şirkət Misir və ABŞ-a da eyni gəmilərdən ixrac edilməsi barədə müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   FREMM  


İndoneziya donanmasına 6 ədəd FREMM freqatları tədarük ediləcək

2021/02/Italy-1613803364.jpg
Oxunub: 565     17:58     11 İyun 2021    
İtaliyanın “Fincantieri” şirkəti İndoneziya Hərbi Dəniz Qüvvələrinə 6 ədəd FREMM freqatları tədarük edəcək.

Ordu.az xəbər verir ki, İndoneziya donanmasının elan etdiyi tenderdə İtaliya şirkəti qalib gəlib.

Tenderdə bundan başqa Böyük Britaniyanın “Babcock” (Arrowhead 140), Niderlandın “Damen” (SIGMA 10514) və Yaponiyanın “Mitsui” (30FFM) şirkətləri də iştirak edirdi.

Qeyd edək ki, İndoneziya yeni silahlanma proqramı ilə donanmasını modernləşdirməyə qərar verib. Proqram çərçivəsində 1980-ci illərdən etibarən İndoneziya Donanmasında xidmət edən “Əhməd Yani” sinfinə məxsus freqatlar dəyişdiriləcək.

İtaliya mətbuatının yazdığına görə, FREMM freqatından dördü İtaliyadakı gəmiqayırma zavodlarında, qalan ikisi isə İndoneziyanın PT-PAL zavodunda inşa ediləcək. İtaliya mətbuatındakı mənbələrə görə, müqavilənin dəyəri təxminən 4.2 milyard avrodur.

İtalyanın “Fincantieri” şirkəti tərəfindən hazırlanmış FREMM çoxməqsədli freqatları olduqca inkişaf etmiş və müasir xüsusiyyətlərə malikdir. Bundan əvvəl şirkət Misir və ABŞ-a da eyni gəmilərdən ixrac edilməsi barədə müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   FREMM  


Bizi "telegram"da izləyin