Türkiyə PUA-lar üçün yeni kameraların kütləvi istehsalını həyata keçirib

2021/06/CATS--1623393986.jpg
Oxunub: 1078     15:45     11 İyun 2021    
Türkiyənin ASELSAN şirkəti müxtəlif PUA-lar üçün nəzərdə tutulan yüksək keyfiyyətli CATS kameralarının ilk kütləvi istehsalını həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi Cihan Pirimoğlu məlumat verib.

Kanada Türkiyəyə PUA-larda istifadə edilən kamera sistemlərinin ixracına qadağa qoyduqdan sonra ASELSAN yerli kamerların inkişafını sürətləndirdi. Bu çərçivədə hazırlanan kameralar artıq “Bayraktar TB2” PUA-ları ilə bir sıra uçuşlar həyata keçirərək sınaqlarını uğurla tamamlayıb.

Məlumata görə, kütləvi istehsal mərhələsindən çıxan kameralar həm ölkə daxilində, həm də xaricdəki müştərilərə tədarük edilib.

ASELSAN şirkəti CATS kameralarının daha inkişaf etmiş versiyası olan AF-500C üzərində işə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN   CATS  


Türkiyə PUA-lar üçün yeni kameraların kütləvi istehsalını həyata keçirib

2021/06/CATS--1623393986.jpg
Oxunub: 1079     15:45     11 İyun 2021    
Türkiyənin ASELSAN şirkəti müxtəlif PUA-lar üçün nəzərdə tutulan yüksək keyfiyyətli CATS kameralarının ilk kütləvi istehsalını həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi Cihan Pirimoğlu məlumat verib.

Kanada Türkiyəyə PUA-larda istifadə edilən kamera sistemlərinin ixracına qadağa qoyduqdan sonra ASELSAN yerli kamerların inkişafını sürətləndirdi. Bu çərçivədə hazırlanan kameralar artıq “Bayraktar TB2” PUA-ları ilə bir sıra uçuşlar həyata keçirərək sınaqlarını uğurla tamamlayıb.

Məlumata görə, kütləvi istehsal mərhələsindən çıxan kameralar həm ölkə daxilində, həm də xaricdəki müştərilərə tədarük edilib.

ASELSAN şirkəti CATS kameralarının daha inkişaf etmiş versiyası olan AF-500C üzərində işə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN   CATS  


Bizi "telegram"da izləyin