Ukraynada İsrailin “Dəmir Günbəz” RƏM sistemlərinin alınması müzakirə edilir

2017/08/raket_1503302246.jpg
Oxunub: 664     16:55     11 İyun 2021    
Ukraynada İsrailin “Dəmir Günbəz” Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin alınması müzakirə edilir.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın “focus.ua” nəşri yazıb.

Sistemin Mariupol hava limanında quraşdırılması planlaşdırılır.

Nəşr İsrailin RƏM sisteminin satın alınmasının Ukraynanın Müdafiə Nazirliyi tərəfindən deyil, Donbasdakı sərhəd xəttindən bir az aralıda yerləşən Mariupol şəhər meriyası tərəfindən düşünüldüyünü yazır. Şəhər rəhbərliyi Mariupol hava limanının hərbi qarşıdurma zonasından cəmi 40 km məsafədə yerləşdiyini və bu səbəbdən aviasiya uçuşlarının təhlükəli olduğunu bildirir.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi İsrailin “Dəmir Günbəz” sistemini əldə etmək istədiyini bildirsə də, bunun bahalı olduğunu etiraf etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Dəmir-Günbəz  


Ukraynada İsrailin “Dəmir Günbəz” RƏM sistemlərinin alınması müzakirə edilir

2017/08/raket_1503302246.jpg
Oxunub: 665     16:55     11 İyun 2021    
Ukraynada İsrailin “Dəmir Günbəz” Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin alınması müzakirə edilir.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın “focus.ua” nəşri yazıb.

Sistemin Mariupol hava limanında quraşdırılması planlaşdırılır.

Nəşr İsrailin RƏM sisteminin satın alınmasının Ukraynanın Müdafiə Nazirliyi tərəfindən deyil, Donbasdakı sərhəd xəttindən bir az aralıda yerləşən Mariupol şəhər meriyası tərəfindən düşünüldüyünü yazır. Şəhər rəhbərliyi Mariupol hava limanının hərbi qarşıdurma zonasından cəmi 40 km məsafədə yerləşdiyini və bu səbəbdən aviasiya uçuşlarının təhlükəli olduğunu bildirir.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi İsrailin “Dəmir Günbəz” sistemini əldə etmək istədiyini bildirsə də, bunun bahalı olduğunu etiraf etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Dəmir-Günbəz  


Bizi "telegram"da izləyin