KİV: Rusiya İrana hərbi hədəfləri izləmək üçün peyk tədarük edəcək

2021/06/imrs-1623393821.jpg
Oxunub: 473     15:32     11 İyun 2021    
Rusiya İrana Yaxın Şərqdəki potensial hərbi hədəfləri izləməyə imkan verəcək inkişaf etmiş peyk təqdim etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiya tezliklə qısa müddətdə buraxıla bilən yüksək keyfiyyətli kamera ilə təchiz edilmiş “Kanopus-V” peykini Tehrana tədarük edəcək.

Qeyd olunan məlumat ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putinin Cenevrədəki görüşü və İranla ABŞ arasında iqtisadi sanksiyaların yüngülləşdirilməsi qarşılığında İranın nüvə proqramına məhdudiyyət qoymaq üçün hazırlanmış 2015-ci il nüvə sazişinin dirçəldilməsinə dair dolayı danışıqların başlaması fonunda yayılır.

Nəşr yazır ki, peyk Fars Körfəzindəki neft emalı zavodları və İsrail hərbi bazalarından ABŞ əsgərlərinin yerləşdiyi İraq bazalarına qədər olan obyektlərin davamlı izlənilməsinə imkan verəcək.

“Kanopus-V” mülki məqsədlər üçün nəzərdə tutulsa da, Rusiya onları hərbi məqsədlər üçün istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


KİV: Rusiya İrana hərbi hədəfləri izləmək üçün peyk tədarük edəcək

2021/06/imrs-1623393821.jpg
Oxunub: 474     15:32     11 İyun 2021    
Rusiya İrana Yaxın Şərqdəki potensial hərbi hədəfləri izləməyə imkan verəcək inkişaf etmiş peyk təqdim etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiya tezliklə qısa müddətdə buraxıla bilən yüksək keyfiyyətli kamera ilə təchiz edilmiş “Kanopus-V” peykini Tehrana tədarük edəcək.

Qeyd olunan məlumat ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putinin Cenevrədəki görüşü və İranla ABŞ arasında iqtisadi sanksiyaların yüngülləşdirilməsi qarşılığında İranın nüvə proqramına məhdudiyyət qoymaq üçün hazırlanmış 2015-ci il nüvə sazişinin dirçəldilməsinə dair dolayı danışıqların başlaması fonunda yayılır.

Nəşr yazır ki, peyk Fars Körfəzindəki neft emalı zavodları və İsrail hərbi bazalarından ABŞ əsgərlərinin yerləşdiyi İraq bazalarına qədər olan obyektlərin davamlı izlənilməsinə imkan verəcək.

“Kanopus-V” mülki məqsədlər üçün nəzərdə tutulsa da, Rusiya onları hərbi məqsədlər üçün istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin