Fransa Qərbi Afrikadakı hərbi əməliyyatı sona çatdırır

2021/06/YZEMW-1623393769.jpg
Oxunub: 464     16:21     11 İyun 2021    
Fransa Afrikanın qərbində yerləşən Sahel bölgəsində silahlılara qarşı mübarizə üçün başlatdığı “Barxane” əməliyyatını sona çatdırır.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

Keçmiş müstəmləkə gücü olan Fransa son aylarda Sahel yaraqlılarına qarşı bir sıra uğurlar əldə edib, lakin vəziyyət son dərəcə kövrəkdir və Paris xüsusilə Malidəki əməliyyatlara və siyasi qarışıqlıqlara son qoya bilmir.

Malidə son 9 ayda 2 dəfə hərbi çevriliş baş verib. İkinci çevrilişdən sonra hakimiyyətə gələn qüvvələrin qiyamçılarla danışıqlara getməsi Fransa tərəfindən narazılıqla qarşılanıb.

Bundan əvvəl iyunun 3-də Mali və Fransa qüvvələri arasında birgə əməliyyatlar dayandırılıb.

Əməliyyat çərçivəsində bölgədə 5100 xarici hərbi qulluqçu var. Onlar Malinin şimalında “Əl-Qaidə” ilə əlaqəli qruplarla mübarizə aparmaq üçün bölgədə yerləşdirilib. 2013-cü ildə Parisin müdaxiləsindən sonra bölgədə Fransa ordusunun 55 hərbi qulluqçusu ölüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Barxane  


Fransa Qərbi Afrikadakı hərbi əməliyyatı sona çatdırır

2021/06/YZEMW-1623393769.jpg
Oxunub: 465     16:21     11 İyun 2021    
Fransa Afrikanın qərbində yerləşən Sahel bölgəsində silahlılara qarşı mübarizə üçün başlatdığı “Barxane” əməliyyatını sona çatdırır.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

Keçmiş müstəmləkə gücü olan Fransa son aylarda Sahel yaraqlılarına qarşı bir sıra uğurlar əldə edib, lakin vəziyyət son dərəcə kövrəkdir və Paris xüsusilə Malidəki əməliyyatlara və siyasi qarışıqlıqlara son qoya bilmir.

Malidə son 9 ayda 2 dəfə hərbi çevriliş baş verib. İkinci çevrilişdən sonra hakimiyyətə gələn qüvvələrin qiyamçılarla danışıqlara getməsi Fransa tərəfindən narazılıqla qarşılanıb.

Bundan əvvəl iyunun 3-də Mali və Fransa qüvvələri arasında birgə əməliyyatlar dayandırılıb.

Əməliyyat çərçivəsində bölgədə 5100 xarici hərbi qulluqçu var. Onlar Malinin şimalında “Əl-Qaidə” ilə əlaqəli qruplarla mübarizə aparmaq üçün bölgədə yerləşdirilib. 2013-cü ildə Parisin müdaxiləsindən sonra bölgədə Fransa ordusunun 55 hərbi qulluqçusu ölüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Barxane  


Bizi "telegram"da izləyin