Husilər Mərib şəhərinə ballistik raket və PUA-larla hücum edib

2019/08/15148-1566984393.jpg
Oxunub: 346     09:51     11 İyun 2021    
Yəməndəki "Husi" qiyamçıları tərəfindən ölkənin mərkəzi hissəsində yerləşən Mərib şəhərinə bir neçə ballistik raket atılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Aden Al-Ghad” xəbər portalı şahidlərə istinadən məlumat yayıb.

Məlumata görə, raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 27 nəfər yaralanıb.

Bildirilir ki, hücumda iki ballistik raket və iki pilotsuz uçuş aparatından (PUA) istifadə olunub. Yaşayış sahələri və yerli bazar da daxil olmaqla mərkəzi məhəllələrə iki raket düşüb. Şəhər qadın həbsxanası da atəşə məruz qalıb.

Bir sıra Yəmən KİV-nin verdiyi məlumata görə, partlayışlardan sonra təcili tibbi yardım briqadaları əraziyə gedib. Lakin onlar hadisə yerinə gəldikləri zaman partlayıcı quraşdırılmış bir PUA hücum edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Mərib  


Husilər Mərib şəhərinə ballistik raket və PUA-larla hücum edib

2019/08/15148-1566984393.jpg
Oxunub: 347     09:51     11 İyun 2021    
Yəməndəki "Husi" qiyamçıları tərəfindən ölkənin mərkəzi hissəsində yerləşən Mərib şəhərinə bir neçə ballistik raket atılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Aden Al-Ghad” xəbər portalı şahidlərə istinadən məlumat yayıb.

Məlumata görə, raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 27 nəfər yaralanıb.

Bildirilir ki, hücumda iki ballistik raket və iki pilotsuz uçuş aparatından (PUA) istifadə olunub. Yaşayış sahələri və yerli bazar da daxil olmaqla mərkəzi məhəllələrə iki raket düşüb. Şəhər qadın həbsxanası da atəşə məruz qalıb.

Bir sıra Yəmən KİV-nin verdiyi məlumata görə, partlayışlardan sonra təcili tibbi yardım briqadaları əraziyə gedib. Lakin onlar hadisə yerinə gəldikləri zaman partlayıcı quraşdırılmış bir PUA hücum edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Mərib  


Bizi "telegram"da izləyin