Paşinyanı hakimiyyət başında ruslar saxlayır?

2021/04/asfas-1617864028.jpg
Oxunub: 584     16:50     10 İyun 2021    
“Ermənistandakı gərgin daxili siyasi həyatın əslində bəzi regional proqramların həyata keçirilməsini gizlədən vasitədən başqa bir şey olmadığı təəssüratı yaranır”.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Rus tərəfinin Ermənistanda nəyin bahasına olursa-olsun seçkilərin gərgin və rəqabətli olması imitasiyasını yaratması tezisi getdikcə möhkəmlənir, müxtəlif siyasi qüvvələr və istiqamətlər bir-birlərinə qarşı çox və ya az düşmənçilik dərəcəsi nümayiş etdirərək rusiyayönümlü, anti-rus mövqelər tuturlar.

Mümkündür ki, bənzər fikrin yayılmasının mənbəyi bir neçə gün bundan öncə “Tseğakron” partiyasının lideri Şant Harutyunyanın internetlə yayımlanan “Açıq” TV-nin efirində səsləndirdiyi “Ruslar onu müdafiə etməsəydilər, saxlamasaydılar, bütün bunlardan sonra Nikol Paşinyan hakimiyyətdə qala bilməzdi” ifadəsidir.

Daha sonra Harutyunyan əlavə edir ki, onun fikrincə, Ermənistanda hakimiyyətdə qalmaq və ya güclü olmaq güclü dövlətlərin buna nə dərəcədə icazə verdiyi qədər mümkündür”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Rusiya  

Paşinyanı hakimiyyət başında ruslar saxlayır?

2021/04/asfas-1617864028.jpg
Oxunub: 585     16:50     10 İyun 2021    

Bizi "telegram"da izləyin