“Paşinyan müharibəyə başlamaqla bağlı Azərbaycan üçün əsas yaradıb” - Abrahamyan

2021/02/546-1614332457.jpg
Oxunub: 800     11:32     10 İyun 2021    
“2018-ci ilin məlum hadisələrindən sonra Nikol Paşinyan hakimiyətə gəlməklə mövcud vəziyyəti qəbul etmək və gələcəkdə mövqelərimizi daha da möhkəmləndirmək əvəzinə, nə olursa-olsun cəmiyyətin onu başa düşməyəcəyinə, onu xain hesab edəcəyinə qərar verib və nəticədə adekvat rola yox, gic roluna girmək qərarına gəlib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hanaket” araşdırma mərkəzinin eksperti Tiqran Abrahamyan deyib.

“Paşinyan bilirdi ki, əslində danışıq prosesini boykot etməklə, özünü gic yerinə qoymaq, adekvat olmayan davranış nümayiş etdirməklə Azərbaycan tərəfindən güc tətbiqini legitimləşdirəcək.

Təkrar edirəm, məsələ onun o anda danışıqlar masasında olan paketlə razılaşıb-razılaşmaması deyildi, məsələ odur ki, o, “öz oyununa başlamaq” adı altında bütün prosesi uğursuz edib və müharibəyə başlamaqla bağlı Azərbaycan üçün əsas yaradıb”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Müharibə  


“Paşinyan müharibəyə başlamaqla bağlı Azərbaycan üçün əsas yaradıb” - Abrahamyan

2021/02/546-1614332457.jpg
Oxunub: 801     11:32     10 İyun 2021    
“2018-ci ilin məlum hadisələrindən sonra Nikol Paşinyan hakimiyətə gəlməklə mövcud vəziyyəti qəbul etmək və gələcəkdə mövqelərimizi daha da möhkəmləndirmək əvəzinə, nə olursa-olsun cəmiyyətin onu başa düşməyəcəyinə, onu xain hesab edəcəyinə qərar verib və nəticədə adekvat rola yox, gic roluna girmək qərarına gəlib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hanaket” araşdırma mərkəzinin eksperti Tiqran Abrahamyan deyib.

“Paşinyan bilirdi ki, əslində danışıq prosesini boykot etməklə, özünü gic yerinə qoymaq, adekvat olmayan davranış nümayiş etdirməklə Azərbaycan tərəfindən güc tətbiqini legitimləşdirəcək.

Təkrar edirəm, məsələ onun o anda danışıqlar masasında olan paketlə razılaşıb-razılaşmaması deyildi, məsələ odur ki, o, “öz oyununa başlamaq” adı altında bütün prosesi uğursuz edib və müharibəyə başlamaqla bağlı Azərbaycan üçün əsas yaradıb”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Müharibə  


Bizi "telegram"da izləyin