Tavuşdakı hərbi hissələrdə nə baş verir?

2021/06/19837-1623308288.jpg
Oxunub: 1036     14:09     10 İyun 2021    
“Bir neçə gün bundan öncə öyrəndim ki, nazir Tavuş vilayətinin komandirlərindən birini - Artak Tadevosyanı işindən azad etmək, başqa yerə göndərmək yox, azad etmək istəyir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Sofya Hovsepyan yazıb.

“Xəbərin həqiqiliyini tavuşlulardan öyrənməyə çalışdım, lakin bütün yerlərdən məlumatın həqiqətə uyğun olmadığı barədə cavab aldım.

Dünən artıq xəbər təsdiqləndi və məlum olur ki, guya nazir siyasi baxışlar görüb və bundan çıxış edərək Artak Tadevosyanı və Mehri alayının komandiri Arqam Avaqyanı azad etmək qərarına gəlib. Daha sonra isə aydınlaşdırdım ki, komandirlərə qarşı xidməti istintaq təyin olunub, bundan sonra əmr olacaq.

Öyrəndim ki, əvvəlcə Artak Tadevosyanı, daha sonra isə bütün komandir heyətini, o cümlədən Qriqori Xaçaturovu azad etmək üçün ilkin cəhdlər ediblər və bu o deməkdir ki, bu addım Artak Tadevosyana yönəlib, hansısa siyasi iştirak məsələsi və ya baxışlar yoxdur, bu, sadəcə olaraq qara işlərini görmək üçün onların bəhanəsidir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Tavuş   Böhran  

Tavuşdakı hərbi hissələrdə nə baş verir?

2021/06/19837-1623308288.jpg
Oxunub: 1037     14:09     10 İyun 2021    

Bizi "telegram"da izləyin