Erməni əsgərlərin meyitlərini zirzəmiyə doldurmuş xəstəxananın direktoruna yüksək vəzifə veriblər

2021/06/timth-1623308022.jpg
Oxunub: 440     10:21     11 İyun 2021    
“Paşinyan hakimiyyətinin fəaliyyət üslubundakı şeytan ritualı yüksək səviyyədədir. Ədəbsizlik nə qədər böyükdürsə, mükafat da bir o qədər böyükdür”.

Ordu.az xəbər verir ki, bu barədə “Yerkir.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Nəşr yazır ki, Qarabağ müharibəsində məhv edilən erməni əsgələrin meyitlərini zirzəmidə gizlətmiş xəstəxananın - Abovyan vərəm diaspanserinin direktoru Vardan Avaqyana mükafat olaraq yüksək vəzifə veriblər.

“Bu yaxınlarda o, İnfeksion Xəstəliklər Milli Mərkəzinin (Nork İnfeksion Xəstəxanası ilə QİÇS Mərkəzinin birləşməsindən sonra yaradılmış tibb müəssisəsinin) direktoru vəzifəsinin əvəzedicisi təyin olunub”, - deyə məqalədə bildirilib.

Müəllif yazıb ki, mümkün qalmaqaldan yayınmaq üçün Avaqyanın təyinatı barədə yalnız Ermənistan Səhiyyə Nazirliyinin saytında məlumat yerləşdiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Erməni əsgərlərin meyitlərini zirzəmiyə doldurmuş xəstəxananın direktoruna yüksək vəzifə veriblər

2021/06/timth-1623308022.jpg
Oxunub: 441     10:21     11 İyun 2021    
“Paşinyan hakimiyyətinin fəaliyyət üslubundakı şeytan ritualı yüksək səviyyədədir. Ədəbsizlik nə qədər böyükdürsə, mükafat da bir o qədər böyükdür”.

Ordu.az xəbər verir ki, bu barədə “Yerkir.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Nəşr yazır ki, Qarabağ müharibəsində məhv edilən erməni əsgələrin meyitlərini zirzəmidə gizlətmiş xəstəxananın - Abovyan vərəm diaspanserinin direktoru Vardan Avaqyana mükafat olaraq yüksək vəzifə veriblər.

“Bu yaxınlarda o, İnfeksion Xəstəliklər Milli Mərkəzinin (Nork İnfeksion Xəstəxanası ilə QİÇS Mərkəzinin birləşməsindən sonra yaradılmış tibb müəssisəsinin) direktoru vəzifəsinin əvəzedicisi təyin olunub”, - deyə məqalədə bildirilib.

Müəllif yazıb ki, mümkün qalmaqaldan yayınmaq üçün Avaqyanın təyinatı barədə yalnız Ermənistan Səhiyyə Nazirliyinin saytında məlumat yerləşdiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin