Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində məsələlər müzakirə olunub - FOTOLAR

2021/06/f6fe3-4869923349.jpg
Oxunub: 1207     10:43     10 İyun 2021    
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazieliyindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

General-mayor Nauman Zakaria Azərbaycanın hərbi pilotlarının Pakistanın hərbi təhsil müəssisələrində təhsil almaları, ölkəsinin HHQ-nin helikopter heyətlərinin isə Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsinin iki ölkə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib.

Görüşdə tərəflər Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində məsələlər müzakirə olunub - FOTOLAR

2021/06/f6fe3-4869923349.jpg
Oxunub: 1208     10:43     10 İyun 2021    
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazieliyindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

General-mayor Nauman Zakaria Azərbaycanın hərbi pilotlarının Pakistanın hərbi təhsil müəssisələrində təhsil almaları, ölkəsinin HHQ-nin helikopter heyətlərinin isə Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsinin iki ölkə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib.

Görüşdə tərəflər Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin