Türkiyə ordusuna “Sarsılmaz” PMT pulemyotlarının tədarükü başlayıb

2021/06/Sarsi-1623307524.jpg
Oxunub: 8471     16:02     10 İyun 2021    
Türkiyənin “Sarılmaz” şirkəti yerli imkanlarla istehsal etdiyi PMT 7,62/SAR 240 pulemyotunun tədarükünə başlayıb

Ordu.az xəbər verir ki, bu barədə “Defence turk” nəşri yazıb.

Silahların kvalifikasiya sınaqları bu ilin fevral ayında keçirilib. Sınaqlardan sonra pulemyotların kütləvi istehsalı başlayıb.

Türkiyə rəsmiləri PMT-lərin bu sahədə xaricdən asılılığa son qoyacağını düşünür.

Pulemyotlar müxtəlif hərbi maşınların üzərindəki döyüş modullarına da quraşdırılacaq.

“Sarsılmaz” şirkəti həm də SAR 127 ağır pulemyotu üzərində işi bitirmək üzrədir. Yaxın gələcəkdə istehsal prosesinə başlaması gözlənilir.

Qeyd edək ki, SAR 240 3 fərqli modelə malikdir. Bunlardan biri olan SAR 240A, SARP və STAMP kimi uzaqdan idarə olunan döyüş modulları kimi istifadə edilə bilər. SAR 240B isə piyadaların istifadəsi üçün nəzərdə tutulub. SAR 240C-nin “Altay” əsas döyüş tanklarında istifadə edilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sarsılmaz  


Türkiyə ordusuna “Sarsılmaz” PMT pulemyotlarının tədarükü başlayıb

2021/06/Sarsi-1623307524.jpg
Oxunub: 8472     16:02     10 İyun 2021    
Türkiyənin “Sarılmaz” şirkəti yerli imkanlarla istehsal etdiyi PMT 7,62/SAR 240 pulemyotunun tədarükünə başlayıb

Ordu.az xəbər verir ki, bu barədə “Defence turk” nəşri yazıb.

Silahların kvalifikasiya sınaqları bu ilin fevral ayında keçirilib. Sınaqlardan sonra pulemyotların kütləvi istehsalı başlayıb.

Türkiyə rəsmiləri PMT-lərin bu sahədə xaricdən asılılığa son qoyacağını düşünür.

Pulemyotlar müxtəlif hərbi maşınların üzərindəki döyüş modullarına da quraşdırılacaq.

“Sarsılmaz” şirkəti həm də SAR 127 ağır pulemyotu üzərində işi bitirmək üzrədir. Yaxın gələcəkdə istehsal prosesinə başlaması gözlənilir.

Qeyd edək ki, SAR 240 3 fərqli modelə malikdir. Bunlardan biri olan SAR 240A, SARP və STAMP kimi uzaqdan idarə olunan döyüş modulları kimi istifadə edilə bilər. SAR 240B isə piyadaların istifadəsi üçün nəzərdə tutulub. SAR 240C-nin “Altay” əsas döyüş tanklarında istifadə edilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sarsılmaz  


Bizi "telegram"da izləyin