Amerikalı senatorlar Yunanıstan ordusuna dəstək verilməsi layihəsi hazırlayıb

2021/06/bas-1623307450.jpg
Oxunub: 504     14:55     10 İyun 2021    
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Yunanıstanla ABŞ arasında müdafiə əlaqələrini gücləndirəcək qanun layihəsi təqdim edib.

Ordu.az xəbər verir ki, qanun layihəsi respublikaçılardan olan senator Marko Rubionun dəstəyi ilə hazırlanıb.

Qanun layihəsi ABŞ və Yunanıstan arasında müdafiə əməkdaşlığının genişləndirilməsi ilə yanaşı bir çox kritik yeni təklifi özündə ehtiva edir.

Layihə Yunanıstanın hərbi modernizasiyasına hərtərəfli dəstək verməyi, yeni Amerika hərbi texnikasının satışının təsdiqlənməsini və sürətləndirilməsini nəzərdə tutur.

Layihədə, Yunanıstan Hərbi Hava Qüvvələrinin F-35 proqramında yaxından iştirak etmək istəyi vurğulanır.

Yunan mətbuatında yer alan xəbərlərə görə, qanun layihəsinin qəbul edilməsi üçün bu ay səsvermə keçiriləcək. Layihə həm Respublikaçılar, həm də Demokratlar tərəfindən dəstəklənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan  


Amerikalı senatorlar Yunanıstan ordusuna dəstək verilməsi layihəsi hazırlayıb

2021/06/bas-1623307450.jpg
Oxunub: 505     14:55     10 İyun 2021    
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Yunanıstanla ABŞ arasında müdafiə əlaqələrini gücləndirəcək qanun layihəsi təqdim edib.

Ordu.az xəbər verir ki, qanun layihəsi respublikaçılardan olan senator Marko Rubionun dəstəyi ilə hazırlanıb.

Qanun layihəsi ABŞ və Yunanıstan arasında müdafiə əməkdaşlığının genişləndirilməsi ilə yanaşı bir çox kritik yeni təklifi özündə ehtiva edir.

Layihə Yunanıstanın hərbi modernizasiyasına hərtərəfli dəstək verməyi, yeni Amerika hərbi texnikasının satışının təsdiqlənməsini və sürətləndirilməsini nəzərdə tutur.

Layihədə, Yunanıstan Hərbi Hava Qüvvələrinin F-35 proqramında yaxından iştirak etmək istəyi vurğulanır.

Yunan mətbuatında yer alan xəbərlərə görə, qanun layihəsinin qəbul edilməsi üçün bu ay səsvermə keçiriləcək. Layihə həm Respublikaçılar, həm də Demokratlar tərəfindən dəstəklənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan  


Bizi "telegram"da izləyin