Çin donanmasına məxus aviadaşıyıcıda stels döyüş təyyarəsinin maketi görünüb

2021/06/china-1623307391.jpg
Oxunub: 639     17:46     10 İyun 2021    
Çin Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcıda stels texnologiyaya (radara görünməyən) malik döyüş təyyarələrinin maketi görünüb.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Nəşr yazır ki, fotoların yayılması Çinin aviadaşıyıcı proqramını bütün istiqamətlərdə gücləndirdiyini və bənzər gəmilərdə işlətmək niyyətində olduğunu göstərir.

Çinin üçüncü aviadaşıyıcısının inşası sürətlə davam edir. Dövlət mediası tərəfindən yayılan görüntülərdə Cənubi Çin dənizinin yaxınlığında olan Hainan adasındakı dəniz bazasında aviadaşıyıcının üzərində qırıcılar nümayiş olunub.

Bu yaxınlarda Çinin Hubey vilayətinin Vuhan şəhərindəki xüsusi dəniz tədqiqat və sınaq müəssisəsində stels döyüş təyyarəsi kimi görünən maketin fotoşəkili ortaya çıxıb. Təsdiqlənməsə də, maketin “Shenyang” FC-31 olması ehtimalı var.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Aviadaşıyıcı  


Çin donanmasına məxus aviadaşıyıcıda stels döyüş təyyarəsinin maketi görünüb

2021/06/china-1623307391.jpg
Oxunub: 640     17:46     10 İyun 2021    
Çin Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcıda stels texnologiyaya (radara görünməyən) malik döyüş təyyarələrinin maketi görünüb.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Nəşr yazır ki, fotoların yayılması Çinin aviadaşıyıcı proqramını bütün istiqamətlərdə gücləndirdiyini və bənzər gəmilərdə işlətmək niyyətində olduğunu göstərir.

Çinin üçüncü aviadaşıyıcısının inşası sürətlə davam edir. Dövlət mediası tərəfindən yayılan görüntülərdə Cənubi Çin dənizinin yaxınlığında olan Hainan adasındakı dəniz bazasında aviadaşıyıcının üzərində qırıcılar nümayiş olunub.

Bu yaxınlarda Çinin Hubey vilayətinin Vuhan şəhərindəki xüsusi dəniz tədqiqat və sınaq müəssisəsində stels döyüş təyyarəsi kimi görünən maketin fotoşəkili ortaya çıxıb. Təsdiqlənməsə də, maketin “Shenyang” FC-31 olması ehtimalı var.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin