Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hava Qüvvələrinin rəsmisi Darlen Kostelle konqresmenlərə verdiyi açıqlamada məlumat verib.
“Northrop Grumman” şirkəti tərəfindən istehsal edilən bombardmançı təyyarələr tezliklə sınaqdan keçiriləcək.
B-21 bombardmançı təyyarələri B-2 “Spirit” təyyarələrinə bənzər formada tərtib edilib.
COVID-19 pandemiyasından əvvəl Hərbi Hava Qüvvələri təyyarənin ilk dəfə 2021-ci ilin dekabrında sınaqdan keçiriləcəyini gözləyirdi. Ancaq təyyarələrin ilk uçuşunun gələn il baş tutacağı ehtimal edilir.
B-21-lər B-1B “Lancer” parkını əvəz etmək üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az