Qırğızıstan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir

2021/06/thumb-1623307104.jpg
Oxunub: 614     14:23     10 İyun 2021    
Qırğızıstan Prezidenti Sadır Japarov dünən Türkiyəyə rəsmi səfərə gəlib.

Ordu.az xəbər verir ki, səfər zamanı prezident Qırğızıstan və Türkiyənin Strateji Əməkdaşlıq Yüksək Şurasının iclasında iştirak edib.

Japarov Türkiyə ilə hərbi sahədə əməkdaşlığın qurulmasının vacib olduğunu düşünür.

“Sadir Japarov müraciətində Qırğızıstan ilə Türkiyə arasındakı dostluğun yeni səviyyəyə çatdığını bildirib. Prezident ikitərəfli əməkdaşlığın əsas sahələrinə diqqət çəkib, hərbi dialoq və təhlükəsizlik sahələrində siyasi dialoq və tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb”, - deyə Qırğızıstan Prezidentinin mətbuat xidməti bildirib.

Japarov Qırğızıstanın kiber cinayətlərlə, qaçaqmalçılıqla, narkotik, silah və insan ticarəti, qeyri-qanuni miqrasiya və terrorizmlə, eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıqla və qlobal təhlükəsizliyə qarşı təhdidlərlə mübarizə əzmini bir daha təsdiqləyib.

Japarov Mərkəzi Asiyada regional təhlükəsizliyin gücləndirilməsi və Qırğızıstanın müdafiə qabiliyyətinin artırılması üçün Türkiyə ilə hərtərəfli hərbi əməkdaşlığın böyük əhəmiyyətə malik olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qırğızıstan  


Qırğızıstan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir

2021/06/thumb-1623307104.jpg
Oxunub: 615     14:23     10 İyun 2021    
Qırğızıstan Prezidenti Sadır Japarov dünən Türkiyəyə rəsmi səfərə gəlib.

Ordu.az xəbər verir ki, səfər zamanı prezident Qırğızıstan və Türkiyənin Strateji Əməkdaşlıq Yüksək Şurasının iclasında iştirak edib.

Japarov Türkiyə ilə hərbi sahədə əməkdaşlığın qurulmasının vacib olduğunu düşünür.

“Sadir Japarov müraciətində Qırğızıstan ilə Türkiyə arasındakı dostluğun yeni səviyyəyə çatdığını bildirib. Prezident ikitərəfli əməkdaşlığın əsas sahələrinə diqqət çəkib, hərbi dialoq və təhlükəsizlik sahələrində siyasi dialoq və tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb”, - deyə Qırğızıstan Prezidentinin mətbuat xidməti bildirib.

Japarov Qırğızıstanın kiber cinayətlərlə, qaçaqmalçılıqla, narkotik, silah və insan ticarəti, qeyri-qanuni miqrasiya və terrorizmlə, eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıqla və qlobal təhlükəsizliyə qarşı təhdidlərlə mübarizə əzmini bir daha təsdiqləyib.

Japarov Mərkəzi Asiyada regional təhlükəsizliyin gücləndirilməsi və Qırğızıstanın müdafiə qabiliyyətinin artırılması üçün Türkiyə ilə hərtərəfli hərbi əməkdaşlığın böyük əhəmiyyətə malik olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qırğızıstan  


Bizi "telegram"da izləyin