Türkiyə parlamentinin sədri: "Dosta və düşmənə birliyimizin gücünü göstərdik"

2021/02/shent-1614239020.jpg
Oxunub: 474     16:46     09 İyun 2021    
“Azərbaycanın İkinci Qarabağ müharibəsindəki böyük qələbəsi Türkiyə Böyük Millət Məclisinin açılşının 100-cü ildönümünə təsadüf edir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi və Azərbaycan Atatürk Mərkəzinin birgə təşkliatçılığı ilə keçirilən “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpoziuma göndərdiyi videomüraciətdə söyləyib.

“Bu tədbir türk dövlətlərinin müstəqilliklərinin 30-cü ildöünümünün qürurla qeyd etdiymiz dövrə, eyni zamanda pandemiyanın azaldığı bir vaxta təsadüf edir”, - deyən parlament sədri bildirib: “Türk dünyasında güclənən və inkişaf edən həmrəylik bizim üçün qürur mənbəyidir. Hamımız Hoca Əhməd Yəsəvinin nəvələriyik. Asiyadan Avropaya qədər insanlığa ədalət, təvazükarlıq və birlik anlayışı gətirən nəsillərin varisləriyik. Bizlər eyni dinə inanan, eyni dildə danışan, ortaq mədəniyyəti, tarixi olan 300 milyonluq ailəyik. Siyasətdən iqtisadiyyata, müdafiədən diplomatiyaya, təhsildən mədəniyyətə, turizimdən energetikaya bütün sahələrdə birlik, bərabərlik və həmrəyik nümayiş etdiririk. Xoşbəxtliyimiz əlaqələrimizi və əməkdaşlıqlarımızı genişləndirməkdə, inkişaf etdirməkdə, türk mədəniyyətinin əbədi olmasını təmin edəcək addımlar atmaqdadır.

Azərbaycanlı qardaşlarımız Qafqazın incisi olan Qarabağı işğaldan azad etmək üçün tarixi mübarizə apardı. Qardaşlarımız inancları, ürəkləri, cəsarətləri və qətiyyətləri ilə istiqlalın və istiqbalının ən böyük təminatı olduqlarını döyüş meydanından bütün dünyaya elan etdilər. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlara və vətəndaşlara Allahdan rəhmət, ailələrinə, silahdaşlarına başsağlığı diləyirəm.

Türkiyə olaraq Vətən müharibəsinin əvvəlindən sonuna qədər qardaşlarımızın yanında olduq. Dosta və düşmənə birliyimizin gücünü göstərdik. Azərbaycanın 30 ildir qanlı işğal altında qalan əzəli torpaqlarını azad etməsi nəticəsində yaşadığımız coşqu aramızdakı qardaşlıq əlaqələrinin nişanələrindən biridir. Xoşbəxtik ki, bu gün Qarabağ səmalarını ay və ulduz bəzəyir. Şuşada bayram namazı qılınır. Azərbaycanın qazandığı tarixi zəfər nəticəsində regiondakı reallıq Cənubi Qafqazda daimi sülh və sabitlik, regional əməkdaşlıq üçün fürsətdir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan  

Türkiyə parlamentinin sədri: "Dosta və düşmənə birliyimizin gücünü göstərdik"

2021/02/shent-1614239020.jpg
Oxunub: 475     16:46     09 İyun 2021    

Bizi "telegram"da izləyin