Azərbaycan və Pakistan hərbçiləri əməliyyat planlaşdırması məsələlərini müzakirə edib

2021/06/60c0a-1623241557.jpg
Oxunub: 944     16:25     09 İyun 2021    
İyunun 9-da Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Ayaz Həsənov Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi, general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, tərəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarlığının təmin edilməsi, birgə əməliyyat təlimlərinin planlaşdırılması və keçirilməsinə dair fikir mübadiləsi aparıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Azərbaycan və Pakistan hərbçiləri əməliyyat planlaşdırması məsələlərini müzakirə edib

2021/06/60c0a-1623241557.jpg
Oxunub: 945     16:25     09 İyun 2021    
İyunun 9-da Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Ayaz Həsənov Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi, general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, tərəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarlığının təmin edilməsi, birgə əməliyyat təlimlərinin planlaşdırılması və keçirilməsinə dair fikir mübadiləsi aparıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin