Pakistanın Quru Qoşunları komandanı: "Minaların təmizlənməsində iştirak etməyə hazırıq"

2021/06/616ba-1623233601.jpg
Oxunub: 363     13:37     09 İyun 2021    
Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ilə görüşüb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Pakistanın Quru Qoşunları komandanı ölkəsinin azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Pakistanın Quru Qoşunları komandanı: "Minaların təmizlənməsində iştirak etməyə hazırıq"

2021/06/616ba-1623233601.jpg
Oxunub: 364     13:37     09 İyun 2021    
Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ilə görüşüb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Pakistanın Quru Qoşunları komandanı ölkəsinin azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin