Səfirlik: Pakistan və Azərbaycan arasında mükəmməl əlaqələr var

2021/02/16143-1614323828.jpg
Oxunub: 371     13:41     09 İyun 2021    
Pakistanın Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Ordu.az xəbər verir ki, bəyanat diplomatik nümayəndəliyin tvitter səhifəsində yerləşdirilib.

Bəyanatda bildirilib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.

“Bu gün, iyunun 9-da Pakistanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulumasının 29-cu ildönümü tamam olur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda səfirliyi açılıb. 1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının səfirliyi İslamabadda açılıb”, - sənəddə deyilib.

“İki qardaş ölkə kökləri ortaq mədəniyyətimizə, irsimizə və inancımıza çatan mükəmməl əlaqələrə malikdir”, - deyə səfirlikdən qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Səfirlik: Pakistan və Azərbaycan arasında mükəmməl əlaqələr var

2021/02/16143-1614323828.jpg
Oxunub: 372     13:41     09 İyun 2021    
Pakistanın Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Ordu.az xəbər verir ki, bəyanat diplomatik nümayəndəliyin tvitter səhifəsində yerləşdirilib.

Bəyanatda bildirilib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.

“Bu gün, iyunun 9-da Pakistanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulumasının 29-cu ildönümü tamam olur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda səfirliyi açılıb. 1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının səfirliyi İslamabadda açılıb”, - sənəddə deyilib.

“İki qardaş ölkə kökləri ortaq mədəniyyətimizə, irsimizə və inancımıza çatan mükəmməl əlaqələrə malikdir”, - deyə səfirlikdən qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin