Erməni yaraqlılarının işində zərərçəkən: "Sinəmə təpiklə vururdu, işgəncələr verirdi”

2021/06/4-1622623653.jpg
Oxunub: 555     13:40     09 İyun 2021    
Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə iclası davam etdirilib.

Ordu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş Vəliyev Qərib Rövşən oğlu dindirilib.

Q.Vəliyev 1999-cu ildə Tapqaraqoyunlu kəndi istiqamətində mal-qara otararkən erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü, Şuşa həbsxanasına aparıldığını və orada ayrı-ayrı şəxslər tərəfindən ağır işgəncələr verildiyini deyib.

O bildirib ki, Lüdvik Mkrtçyanı Laçın rayonu ərazisində hərbi formada görüb: "Azərbaycan dilindən tərcüməçi kimi iştəyirdi. Sinəmə təpiklə vururdu, işgəncələr verirdi. Kabinetdə mənə 3 şillə vurdu, kabinetdən çıxıb kənarda oturdum. Mənə yaxınlaşdı, dizi ilə vurub başıma torba keçirdi və başladı mənə amansız işgəncələr verməyə. Bir gün axşama qədər məni döydü. Bizdən yaxınlıqdakı hərbi hissənin yerini soruşurdu və tələb edirdi ki, mən kəşfiyyatçı olduğumu boynuma alım. Azərbaycan dilində təmiz danışa bilir, çünki o bizimlə Azərbaycan dilində danışırdı. 2 ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra 1 ay müddətinə müalicə olunmuşam".

Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, ibtidai istintaqdan Lüdvik Mkrtçyan onu tanıyıb: “Birinci dəfə üzləşmədə salam verdim, məni tanıdı. Amma ikinci üzləşmə zamanı məni tanıdığını inkar etdi. Mən isə onu görünüşündən və səsindən tanıdım”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşgəncə  

Erməni yaraqlılarının işində zərərçəkən: "Sinəmə təpiklə vururdu, işgəncələr verirdi”

2021/06/4-1622623653.jpg
Oxunub: 556     13:40     09 İyun 2021    

Bizi "telegram"da izləyin