Ermənistan keçmiş BQ rəisi: “Bakı Ermənistanın hərəkətsizliyini görür və hər şeyi müharibəsiz həyata keçirmək istəyir”

2019/10/recei-1571307610.jpg
Oxunub: 1011     15:12     09 İyun 2021    
“Bakı Ermənistanın hərəkətsizliyini görür, buna görə də hər şeyi müharibəsiz həyata keçirmək istəyir”.

Ordu.az xəbər verir ki, bunu iyunun 8-də Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-leytenant Norat Ter-Qriqoryants deyib.

“Nikol Paşinyan hakimiyyətə gələn kimi İlham Əliyev bəyan etməyə başladı ki, Zəngəzur mənimdir, Göyçə mənimdir, İrəvan mənimdir. O, zəmin hazırlayır. BMT Təhlükəsizlik Şurasında Ermənistan tərəfindən etiraz nümayişi şəklində diplomatik reaksiya isə yoxdur”, - deyə Norat Ter-Qriqoryants qeyd edib.

Ter-Qriqoryants deyib ki, Ermənistanın keçmiş Müdafiə naziri Davit Tonoyan müharibədən əvvəl onunla görüşsəydi, müharibə olmazdı.

“Keçmiş Müdafiə naziri Davit Tonoyan müharibədən əvvəl bir ay ərzində mənimlə görüşsəydi, müharibə olmazdı. O isə bildirir: “Sabah iclasdır, sizinlə görüşə bilmərəm”. Fırıldaqçı”, - deyə o bildirib.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisinin sözlərinə görə, Paşinyan tərəfindən keçmiş hakimiyyət nümayəndələrini daim ittiham etmək siyasi fahişəlikdir: “Yeni rəhbər gəlirsə və daim əvvəlki rəhbərin pis olduğunu, özünün yaxşı olduğunu deyirsə, bu, əxlaqi deyil. Bu, siyasi fahişəlikdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Ermənistan keçmiş BQ rəisi: “Bakı Ermənistanın hərəkətsizliyini görür və hər şeyi müharibəsiz həyata keçirmək istəyir”

2019/10/recei-1571307610.jpg
Oxunub: 1012     15:12     09 İyun 2021    
“Bakı Ermənistanın hərəkətsizliyini görür, buna görə də hər şeyi müharibəsiz həyata keçirmək istəyir”.

Ordu.az xəbər verir ki, bunu iyunun 8-də Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-leytenant Norat Ter-Qriqoryants deyib.

“Nikol Paşinyan hakimiyyətə gələn kimi İlham Əliyev bəyan etməyə başladı ki, Zəngəzur mənimdir, Göyçə mənimdir, İrəvan mənimdir. O, zəmin hazırlayır. BMT Təhlükəsizlik Şurasında Ermənistan tərəfindən etiraz nümayişi şəklində diplomatik reaksiya isə yoxdur”, - deyə Norat Ter-Qriqoryants qeyd edib.

Ter-Qriqoryants deyib ki, Ermənistanın keçmiş Müdafiə naziri Davit Tonoyan müharibədən əvvəl onunla görüşsəydi, müharibə olmazdı.

“Keçmiş Müdafiə naziri Davit Tonoyan müharibədən əvvəl bir ay ərzində mənimlə görüşsəydi, müharibə olmazdı. O isə bildirir: “Sabah iclasdır, sizinlə görüşə bilmərəm”. Fırıldaqçı”, - deyə o bildirib.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisinin sözlərinə görə, Paşinyan tərəfindən keçmiş hakimiyyət nümayəndələrini daim ittiham etmək siyasi fahişəlikdir: “Yeni rəhbər gəlirsə və daim əvvəlki rəhbərin pis olduğunu, özünün yaxşı olduğunu deyirsə, bu, əxlaqi deyil. Bu, siyasi fahişəlikdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin