Britaniya və İtaliya F-35B-ləri ilk dəfə birgə təlim keçiblər

2021/06/f-35-1623220814.jpg
Oxunub: 491     15:39     09 İyun 2021    
Britaniya və İtaliya Hərbi Hava Qüvvələrinə məxsus F-35B təyyarələri ilk dəfə birgə təlim keçiblər.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Britaniyanın “HMS Queen Elizabeth” aviadaşıyıcısından havaya qalxan F-35B təyyarəsi İtaliyada yerə enib. Daha sonra İtaliya HHQ-nin F-35 təyyarəsi Britaniya ilə birlikdə təlimlər keçib.

İtaliyanın F-35 təyyarəsinin pilotları təlim keçmək üçün ötən ilin sonunda ABŞ-a getməli idi. Amma koronavirus səbəbilə bu, baş tutmadı. Britaniya ilə birlikdə keçirilən təlimlərdə pilotlara da dərslər keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İtaliya  


Britaniya və İtaliya F-35B-ləri ilk dəfə birgə təlim keçiblər

2021/06/f-35-1623220814.jpg
Oxunub: 492     15:39     09 İyun 2021    
Britaniya və İtaliya Hərbi Hava Qüvvələrinə məxsus F-35B təyyarələri ilk dəfə birgə təlim keçiblər.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Britaniyanın “HMS Queen Elizabeth” aviadaşıyıcısından havaya qalxan F-35B təyyarəsi İtaliyada yerə enib. Daha sonra İtaliya HHQ-nin F-35 təyyarəsi Britaniya ilə birlikdə təlimlər keçib.

İtaliyanın F-35 təyyarəsinin pilotları təlim keçmək üçün ötən ilin sonunda ABŞ-a getməli idi. Amma koronavirus səbəbilə bu, baş tutmadı. Britaniya ilə birlikdə keçirilən təlimlərdə pilotlara da dərslər keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İtaliya  


Bizi "telegram"da izləyin