ABŞ PUA-lara qarşı daha bir antidron sistemi inkişaf etdirib

2021/06/darpa-1623220774.jpg
Oxunub: 661     20:38     09 İyun 2021    
ABŞ Müdafiə Nazirliyinin İnkişaf Etmiş Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) PUA-lara qarşı daha bir sistem inkişaf etdirib.

Ordu.az xəbər verir ki, bu barədə DARPA-nın mətbuat xidməti məlumat yayıb.

“The Mobile Force Protection” adlanan proqram çərçivəsində hazırlanan sistem havadan olan PUA-ların pərlərini sıradan çıxararaq onları zərərsizləşdirir.

Sistem hərbi qurğular və karvanlar üzərində PUA təhdidlərini aradan qaldırmaq üçün hazırlanıb. “X band” radardan istifadə edərək sistem potensial təhlükələri avtomatik olaraq aşkarlayır və müəyyənləşdirir, daha sonra onu zərərsizləşdirir.

Bütün proses operator müdaxiləsi olmadan işləmək üçün hazırlanıb.

DARPA proqrama görə 2020-ci ildə 12 milyon dollar, 2021 maliyyə ilində 4.3 milyon dollar əldə edib.

Dörd il əvvəl başlayan proqram çərçivəsində hazırlanan antidron sistemi Florida ştatındakı Eglin aviabazasında son sınaqlar zamanı uğurlu olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   DARPA  


ABŞ PUA-lara qarşı daha bir antidron sistemi inkişaf etdirib

2021/06/darpa-1623220774.jpg
Oxunub: 662     20:38     09 İyun 2021    
ABŞ Müdafiə Nazirliyinin İnkişaf Etmiş Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) PUA-lara qarşı daha bir sistem inkişaf etdirib.

Ordu.az xəbər verir ki, bu barədə DARPA-nın mətbuat xidməti məlumat yayıb.

“The Mobile Force Protection” adlanan proqram çərçivəsində hazırlanan sistem havadan olan PUA-ların pərlərini sıradan çıxararaq onları zərərsizləşdirir.

Sistem hərbi qurğular və karvanlar üzərində PUA təhdidlərini aradan qaldırmaq üçün hazırlanıb. “X band” radardan istifadə edərək sistem potensial təhlükələri avtomatik olaraq aşkarlayır və müəyyənləşdirir, daha sonra onu zərərsizləşdirir.

Bütün proses operator müdaxiləsi olmadan işləmək üçün hazırlanıb.

DARPA proqrama görə 2020-ci ildə 12 milyon dollar, 2021 maliyyə ilində 4.3 milyon dollar əldə edib.

Dörd il əvvəl başlayan proqram çərçivəsində hazırlanan antidron sistemi Florida ştatındakı Eglin aviabazasında son sınaqlar zamanı uğurlu olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   DARPA  


Bizi "telegram"da izləyin