Rusiya stels qabiliyyətə malik ilk hərbi gəmisinin inşasına başlayıb

2021/06/rusiy-1623220728.jpg
Oxunub: 467     15:03     09 İyun 2021    
Rusiya tam stels texnologiyaya (radar tərəfindən aşkarlanamayan) malik ilk hərbi gəmisinin inşasına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Rusiyanın gəmiqayırma sənayesindəki iki adı çəkilməyən mənbəyə istinadən məlumat yayıb.

20386 adlanan “Merkuri” korvetinin gövdəsi artıq hazırlanıb və gəminin gələn il donanmaya təslim edilməsi gözlənilir.

Döyüş gəmisi qanadlı raketlər, zenit raketləri və artilleriya silahları ilə təchiz ediləcək, həmçinin sualtı qayıqları axtarıb məhv edə biləcək.

Rusiya son illərdə ordunu yeniləmək üçün donanmasına böyük sərmayə yatırıb.

Rusiya bəzi donanma gəmilərində radardan yayınan örtük kimi stels texnologiyadan istifadə edib, lakin onun bu gəmilərdə tam stels texnologiyaya sahib olmadığı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Stels  


Rusiya stels qabiliyyətə malik ilk hərbi gəmisinin inşasına başlayıb

2021/06/rusiy-1623220728.jpg
Oxunub: 468     15:03     09 İyun 2021    
Rusiya tam stels texnologiyaya (radar tərəfindən aşkarlanamayan) malik ilk hərbi gəmisinin inşasına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Rusiyanın gəmiqayırma sənayesindəki iki adı çəkilməyən mənbəyə istinadən məlumat yayıb.

20386 adlanan “Merkuri” korvetinin gövdəsi artıq hazırlanıb və gəminin gələn il donanmaya təslim edilməsi gözlənilir.

Döyüş gəmisi qanadlı raketlər, zenit raketləri və artilleriya silahları ilə təchiz ediləcək, həmçinin sualtı qayıqları axtarıb məhv edə biləcək.

Rusiya son illərdə ordunu yeniləmək üçün donanmasına böyük sərmayə yatırıb.

Rusiya bəzi donanma gəmilərində radardan yayınan örtük kimi stels texnologiyadan istifadə edib, lakin onun bu gəmilərdə tam stels texnologiyaya sahib olmadığı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Stels  


Bizi "telegram"da izləyin